Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Ayaq Görmək

Yuxuda Ayaq Gormek ne demekdir Menasi Yuxu Yozmalari saytinda

loading...
Yuxuda ayaq görmək xeyirli olaraq şərh edilir. Ümumiyyətlə yuxu şərh olunanda, yuxunun tərkibininə diqqət etmək lazımdır. Yuxuda görülən ayaq yuxu sahibinin yaxşı bir əmələ sahib olduğunu göstərir. Buna görə sakit bir həyata sahib olduğuna eyni zamanda isə ibadətlərini düz bir şəkildə yerinə yetirməyə işarətdir.
Yuxusunda ayaq görən şəxs axirətdə xoşbəxt bir həyata sahib olacağına inanar. Eyni zamanda, yuxuda görülən ayaq, edilən savabların Allah qatında böyük dəyər görməsi və insanın haram olan hər cür davranışdan uzaq durmasına işarətdir. Həmçinin yuxuda görülən ayaq insanın maddi vəziyyətinin bollaşıb artacağına, sərvətinin davamının gələcəyinə həyatı boyu heç bir şəkildə maddi sıxıntı çəkməyəcək olması şəklində şərh olunur. Ümumi olaraq düşünüldüyü zaman yuxuda ayaq görmək xeyirli bir gələcək iqtisadi baxımdan azadlıq və yaxşı əməl kimi dəyərləndirilir.

Yuxuda öz ayağını görmək

Kimsə yuxusunda öz ayağını görürsə, bu o adamın yaxın zaman içərisində yaşayacağı bəzi problemlərin xeberçisidir. Yaxın zamanda ürəyinin bir xeyli sıxılacağını göstərir. Bundan başqa, bu yuxu insanın öz hakimiyyətini itirərək məntiqsiz qərar verəcəyi bir dövrün başlanğıcı kimi ifadə edilir. Yuxuda görülən ayaq ümumiyyətlə yaxşı yozulur. Xəstələrin yaxşılaşacağı kasıbların varlanacağı həmçinin yeni səfərlərin ediləcəyini ifadə edir. Eyni zamanda ayaq insanın əməlinin də bir əks olunması və güzgüsüdür. Gözəl ayaq gözəl əməli çirkin ayaq isə çirkin əməli göstərir. Buna görə də yuxunun görülmə şəklindən asılı olaraq yozumlarda dəyişə bilir.

Yuxuda Qadın Ayağı 

Yuxuda görünən qadın ayağı insanın həyatı boyu bir çox sınaqdan keçərək həyatda qalma mübarizəsi verəcəyinə və özünü asan bir həyatın gözləmədiyinə işarədir. Yuxu şərhçiləri yuxuda görülən qadın ayağının yuxu sahibinin həyatında müxtəlif çətinliklər yaşayacağına və bütün bu çətinliklərə təkbaşına müdaxilə etmək məcburiyyətində qalacağına işarət etməsi kimi şərh edirlər.

Yuxuda Ayaq kəsmək

Yuxuda bir adam ayağının kəsildiyini və ya kəsik bir ayaq görərsə o adam aparmış olduğu işlərə görə qısa zaman içərisində mükafatlandırılacaqdır. Yuxuda görülən kəsik ayaq ümumiyyətlə insanın işlərində göstərmiş olduğu yüksək qabliyyət və uğuru ifadə edir. Bundan başqa yaxın zamanda aparmış olduğu uğurlu işə görə ətrafındakılar tərəfindən böyük bir mükafat ilə təltif ediləcəyi kimi ifadə edilir.

Yuxuda Şikəst Ayaq Görmək

Yuxuda görülən şikəst ayaq bir xeyirə yorulmur. Yuxu görənin böyük qəm və kədər ilə qarşı qarşıya qalacağına, qısa müddətli bir xəstəlik keçirəcəyinə işarətdir. Eyni zamanda yuxuda görülən şikəst ayaq, işlərinin qısa bir müddət içərisində pozularaq möhtac vəziyyətə gələcəyinə dair şərh olunur. Yuxusunda şikəst bir ayaq görən adamın psixoloji cəhətdən müxtəlif sıxıntılar yaşaya biləcəyi və kədərli xəbərlər alaraq böyük çətinliklər yaşayacağı kimi sərh olunur.

Yuxuda Ayaq Yumaq

Yuxuda ayaq yuduğunu, ya da ayağının yuyulduğunu görən şəxs üçün yuxu xeyirli yozulur. Ümumiyyətlə yuxuda yuyalan ayaq görülən bütün işlərdə əldə olunan mənfəəti göstərir. Yuxu şərhçiləri adamın belə bir yuxu görməsini görəcəkləri işlərdə təmin edəcəkləri yüksək qazanc və qara şəklində izah edirlər. Bu görə də yuxu xeyirli şəkildə şərh olunur.

Yuxuda Təmiz Ayaq Görmək

Yuxuda bir kimsə tərtəmiz bir ayaq görsə, ya da öz ayağının təmiz olduğunu görsə yuxu görəni üçün olduqca xeyirli bir xəbər gözləyir. Təmiz ayaq insanın bütün sıxıntı və problemlərindən xilas olacağına işarətdir. Eyni zamanda indiyə qədər yaşamış olduğu bütün problemləri arxada qoyacağına dair şərh olunan işarətlər olduğu söylənilir. Yuxuda görülən təmiz ayaq yeni bir həyatın və açılan yeni bir səhifənin başlanğıcı kimi yozulur.

Yuxuda Çoxlu Ayaq

Yuxuda görülən birdən çoxlu ayaq yaxşılığı və gözəl xəbərləri təmsil edir. Əgər bir adam yuxusunda birdən artıq ayağa sahib olduğunu görsə bu insanın qısa bir səfərə çıxacağına işarətdir. Eyni zamanda yuxu sahibi kasıbdırsa malının artaraq zəngin olacağı kimi yozulur. Yuxusunda birdən çox ayaq görən xəstə bir şəxsdirsə, qısa zaman içərisində sağlamlığına qovuşacaqdır.

Yuxuda Tüklü Ayaq görmək

Yuxuda görünən tüklü ayaq xeyirli bir nəticəyə aparır. Ümumiyyətlə daha əvvəl günahkar vəziyyətə düşmüş olduğu bir hadisədən azad olunacağı kimi şərh edilir. Eyni zamanda uzun müddətdir gözlədiyi xeyirli bir xəbəri eşidəcək. Yuxuda görünən tüklü ayaq insanın çoxluq içərisində gördüyü bir işdə təmizə çıxaraq hamı tərəfindən müsbət bir nəticəyə gəlinməsinin görülməsi şəklində yozulur.

Qəşəng ayaq

Bir kimsə yuxusunda ayağının qəşəngləşib gözəlləşdiyini görsə bu yuxu o insan üçün olduqca müsbət bir tərzdə şərh olunur. Əgər günahkar və dini tələləri görə yaşamayan kimsə yuxusunda ayağının gözəlləşdiyini görsə bu yuxu o insan üçün tövbə edəcəyinə və artıq haram əməllərdən xilas olcağına dair işarət edir. Başqa bir yozuma görə isə ayağının qəşəng olduğunu görən bir insanın əməlinin də olduqca parlaq olduğu istiqamətində aparılır.

Şərhlər

loading...
loading...
loading...
Ad

A B C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Ayaq Görmək
Yuxuda Ayaq Görmək
Yuxuda Ayaq Gormek ne demekdir Menasi Yuxu Yozmalari saytinda
Yuxu Yozmalari
http://www.yuxuyozmalari.net/2016/06/yuxuda-ayaq-gormek.html
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/2016/06/yuxuda-ayaq-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy