Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Yağış Görmək

Yuxuda Yağış Görmek nece yozulur, Yağış Görmek menasi, Yuxuda Yagis Gormek ne demekdir ve yozmasi nedir

Yuxuda yağış görmək əksəriyyətlə yaxşılığıa, xeyirlərə yozulur. Yağış bir növ həyat mənbəyi kimi dəyərləndirilir. Bir yerə nə qədər çox yağış yağsa o yerdə o qədər göyərti, o qədər məhsul, o qədər də həyat olar. Yuxuda da yağış elə bu mənaya gəlib çıxır. Yuxunun görüldüyü yerə və yağışın birlikdə görüldüyü obyektlərə görə şərh dəyişsə də ümumiyyətlə yağış zənginliyi və gözəlliyi təmsil edir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, yuxuda yağış ilə birgə görülən obyektlərdən asılı olaraq yoması da dəyişiklik göstərə bilər.Yuxuda yağış çox güclü deyilsə, qəflətən küçələri doldurmayacaq və təbii bir fəlakətə səbəb olmayacaqsa, narın-narın yagırsa bu bol ruzi, bol qazanca və bol məhsula işarə edir.

Yuxuda Yagis Gormek
Yağışın evin içinə yağması çox da yaxşı yozulmur. Əgər yağış evin daxilinə düşürsə yaxud damırsa bu yuxu sahibinin maddi itki verəcəyinə və onu sıxıntıya salacağına əlamət edir və bəzən də ev içinə yağan yağış, o evin əhalisinin çəkəcəyi sıxıntı deməkdir.Bəzən yağış yuxuda bir maneə olaraq da şərh olunur. Səyahət edəcək birinin yolundan geri qalmasına və o yolu gedə bilməyəcəyinə işarə edir. Əgər yağış bir fəlakətə səbəb olacaq şəkildə yağır və ətrafı dağıdırsa, bu yağışın yağıdğı o ərazidə yaranacaq pisliyə işarə edir.

Əgər yağış yuxu görənin evinin içinə düşürsə bu yuxu sahibinin yaxşı, gözəl və xeyirli şeylər yaşayacağına işarə edir. Amma yağış tək bir yerə deyil, yuxuda görülən yerin, ərazinin hamısına düşürsə bu xeyir gəlməyəcəyi hesab edilən bir işidən qəflətən müsbət istiqamətdə nəticələnəcəyinə işarə edir.

Yuxuda Yağış Buludu Görmək

Xeyirli bir yuxudur olması ilə birgə, iş həyatında ortaya qoyulacaq bir layihənin çox xeyirli bir qazanc qapısı olacağına, problemlərin bunun hesabına çox qısa müddətdə və asan bir şəkildə ortadan qalxacağına, sevilən bir adam ilə ailə qurcağına, görülən işlərdə çox yaxşı vəzifələrə gələcəyinə və tərs gedən işlərin düzələcəyinə işarədir. Eyni vaxtda, ailə üzvləri arasındakı əlaqənin daha da güclənəcəyi kimi yozulur.

Yuxuda Leysan Yağış Görmək

Yuxuda yağan leysan yağış, hər şeyi darma dağın etmirsə, insanların evlərinə dolub ziyan vurmursa onda gözəl və xeyirli şeylərə şərh olunur. Bol qazanc və işlərində bərəkət kimi, yağışın təkcə bir yerə yağması xeyirləri təmsil etməsədə amma bir ərazinin hamısına düşürsə bu gözəl və yaxşı şeylərə işarədir.

Yuxuda Çoxlu Yağış Yağması


Yağış harasa yaxud nələrəsə zərər yetirmirsə, atılan addımların çox yaxşı bir şəkildə idarə olunması hesabına iş həyatında böyük nüfuza sahib olacağına, qazanclı bir şərikliyə addım atılacağına və ev içində bolluq və bərəkətin çox olacağını göstərir. Əgər zərər verirsə, yaxın bir dostun xəyanətinə məruz qalmağa, qazancda böyük bir azalma yaşamağa, problemlərlə boğuşmağa, qısa vaxt ərzində bir sağlamlıq problemi ilə üz-üzə qalmağa, qardaşlardan biri ilə mübahisə etməyə və çətin bir vəziyyətə düşməyə yozulur. Yuxuda çox yağı yağması, insanın stress altında keçirdiyi uzun bir dövrdən ötrü böyük bir ruhi problem yaşadığına və bu vəziyyətdən xilas olmaq üçün bir peşəkara müraciət ediləcəyinə şərh olunur.

Yuxuda Yağışda Gəzmək

Yuxuda yağışda gəzmək çox gözəl və xeyirli şeylərə işarədir. Yağışın yuxuda ətraf mühitə və canlılara zərər verdiyini görmək xaricində, çox gözəl mənalara gəlir . Yuxusunda yağışda gəzdiyinii görən şəxs çəkdiyi dərdən, sıxıntıdan və əbəs yerə öz əhval rühiyəsinə pis təsir edən fikirlərdən xilas olar və sağlamlıq olar. Köhnə səhhətinə və xoşbəxt günlərinə qayıcaq deməkdir.

Yuxuda Dolu Yağış Görmək

İş həyatı ilə əlaqəli olan çox xeyirli və gözəl bir iş görüləcəyinə, bu işdə çox yaxşı bir şəkildə irəlləyərkən sıxıntı verəcək bir vəziyyətə məruz qalacağına, çətin bir vəziyyətə düşəcəyinə, yeni bir qərar qəbul etmək vaxtının gəldiyinə və qurulmuş olan bir şəriklikdən ötrü dalba-dal zərbələrə məruz qalınacağına işarədir.

Yuxuda Güclü Yağış Yağdığını Görmək

Yuxuda Yağış Görmek
Şiddətli yağışın yozumu iki cür aparılır. Əgər yağan yağış yağdığı yerə zərər verirsə çox sıxıntı və kədər baş verəcəyinə, maddi və mənəvi cəhətdən çox zərər görəcəyinə işarədir. Əgər yağış yağdığı yerə zərər vermirsə, gözəl şeylər baş verəcəyinə, çətinliklərin və problemlərin sürətli bir şəkildə həll ediləcəyinə və xeyirli xəbərlər alacağına əlamət edir.

Yuxuda Yağışda İslanmaq

Yuxuda yağan yağışın altında islanmaq çox yaxşı yozulur. Narın yağışda islandığını görən adam dininə bağlı, Allah yolunda işlər görən və Allahın razılığını alan şəxsdir. Yuxuda yağışda islanan adamın üzərinə Allahın rəhməti və bərəkəti yağır deməkdir. Bu yuxu insanın həmişə sağlam və xoş olaraq yaşacağına əlamət edir.

Yuxuda Yağış Suyu İçmək

Yuxuda yağış suyu içmək suyun təmiz yaxud çirkli olmasından asılı olaraq fərqli şərh olunur. Suyun palçıqlı və murdar olması və o yağış suyunu içmək sağlamlıq probleminə işarə edir. Amma əgər su təmiz və safdırsa onda bu qismətə işarə edir.

Yuxuda Yağışlı Havada Gəzmək

Yuxuda yağışlı havada gəzmək insanın başına gələcək ən gözəl hadisələrə işarə edir, yəni yuxuda yağışlı havada gəzmək çox xeyir şərh olunur. İnsanın fikrində olduğu bütün işlərin baş tutacağına işarə edir. Eyni vaxtda yuxu görənin qazancının artacağına, təravətli və rahatlıq içində yaşayacağına yozulur.

Yuxuda Yağış və Palçıq Görmək

Yuxuda yağış görmək ümumiyyətlə baş verəcək gözəl və xeyirli işlərə işarə edərkən, palçıq görmək isə çox da yaxşı dəyərləndirilmir. Yuxuda yağan yağışdan sonra ətrafın palçıq içində olması yaxşı şeylərə deyil qarşılaşacaq olan çətinliklərə və qarışıqlığa işarə edir.

Yuxuda Yağış Yağdığını Görmək

Çox xeyirli yozmalari olan bir yuxu kimi qiymətləndirilir. Bu yuxunu görənin evi bolluq və bərəkət ilə dolacağına, görülən bütün işlərdə qazanc təmin olunacağına, problemlərin asanlıqla həll olunacağına, işlərin hər keçən gün daha da artacağına və ailə üzvlərinin də bu uğurlardan istifadə edəcəyinə şərh olunur. Eyni vaxtda, baş verən bəzi kədərli hadisələrdən ötrü pisləşən sağlamlığın getdikcə daha yaxşı bir hal alacağına işarə edir.

Yuxuda Yağış Və Sel Görmək

Çox yaxşı və qaydasında gedən iş həyatının bəzi problemlərlə üzləşməsin ardından çox pis bir hal alacağına, dalba dal çətinliklərin baş verəcəyinə, mübahisəli bir işə düşəcəyinə, qazancın getdikcə azalacağına, həyatına pis təsir edəcək bir hadisəyə məruz qalacağına və qardaşların mübahisə edəcəyinə rəvayət edilir. İnsan, uzun müddətdir ki minbir əziyyətlə topladığı sərvətinin bir qismini itirəcək və çox böyük təəssüf edəcəyi bir hadisə yaşayacaq deməkdir. İşlərin pozulacağı bir dövrə qədəm qoyulacağına işarədir.

Yuxuda Narın Narın Yağış Yağması

İnsanın istədiyi şeyləri əldə edəcəyinə, ancaq bu vəziyyətin bir qədər uzun çəkəcəyinə, yenə də istədiyi şeylər əldə edənə qədər səbrlə və əzmlə çalışıb səy göstərməsi lazım olduğuna şərh edilir. Yuxuda Narın Yağış Görmək bunlarla yanaşı özünü daha yaxşı yerlərdə görəcəyinə və həm ailə həmdə iş həyatının həmişə olduğundan daha yaxşı olacağına işarə edir.

Yuxuda Palçıqlı Yağış Suyu Görmək

Yuxu görən adam üçün çox gözəl başlayan bir işin sıxıntı verəcək bir hal alacağına, dərdlərin günü-gündən artacağına, işlərin zərər gətirən bir vəziyətə çeviriləcəyinə, məskunlaşılmış ərzidə yaxud iş həyatında bir qeybətdə adı keçən əsas adam olacağına və olan hörmətin itiriləcəyi kimi yozulur.

Yuxuda Yağış Yağıb və İldırım Çaxması

İş həyatını çox yaxşı bir yerə gətirəcək bir hadisə baş verəcəyinə, bununla bağlı olaraq ailə həyatı ilə bağlı çox gözəl bir qərar veriləcəyinə, ancaq bu qərarın ardından bəzi problemlər baş verəcəyinə və axırda kədərli bir vəziyyətə düşəcəyinə işarə edir. Eyni vaxtda, çoxda yaxşı olmayan bir şəxsin yanından işləməyə başlamaq və bu işlə yanaşı təəssüf ediləcək bir yola düşməyə əlamət edir.

Yuxuda Yağış Suyunda İslanmaq

Uğurlu bir işə görəcək olan yuxu yiyəsinin, özünə aid bir işə sahib olacağına, beynində olan hər şeyə qısa müddət ərzində uğurlu bir şəkildə yiyələnəcəyinə, problemlərini, çətinliklərini yanına aldığı iş sahəsində təcrübəli bir şəxsin hesabına həll olunacağına və yaşanacaq bir sağlamlıq probleminə tədbir görəcəyinə şərh olunur.

Yuxuda Qar Və Yağış Yağması

Xətri sayılan bir qohumunun təşəbbüsçüsü olması ilə girilən bir işdə qazanc əldə etməyə, nüfuz qazanmağa, atılacaq addımlar hesabına çətin vəziyyətlərdən xilas olmağa, yeni bir evə sahib olmağa və iş həyatında mövqe qazanmağa yozulur. Qaçırdığı fürsətlərə bir şəkildə təkrar sahib olacaq, xəyalını qurduğu hər şeyə problemsiz bir şəkildə qovuşacaq və çətinliklərin öhdəsindən asanlıqla gələcək demədkir.

Yuxuda Yağış Və Qasırğa Görmək

İş həyatı işə əlaqəli çox xeyirli bir addım atılacağına, buna görə də böyük bir qazanca və mövqeyə sahib olacağına, ancaq daha sonra veriləcək bir qərardan ötrü heç gözlənməyən hallarla qarşılaşacağına, ailə üzvləri arasında bir böhran çıxacağına və gözlənilməz pis vəziyyətlərlə qarşı-qarşıya qalacağına yozulur.

Yuxuda Yağış Yağarkən Çətir Açmaq

Yuxuda Zontik Açmaq, diqqət yetirmək lazım olan bir yuxudur. Həyatında hər şey qaydasında davam edərkən ediləcək bir xəta yaxud qəbul ediləcək səhv bir qərardan ötrü çox əziyyət çəkəcəyinə, arda arda problemlər baş verəcəyinə və maddi baxımdan çox pis bir işə düşəcəyinə işarədir.

Yuxuda Dənizdə Üzəndə Yağış Yağması

Çox xeyirli və gözəl bir yuxu kimi qiymətləndirilir. Yuxu görən adamın, gördüyü işdə qazandığı uğurun ardınca daha böyük uğurlar qazanacağına, işlərinin həmişə artacağına, qurduğu bir tərəfdaşlıq hesabına daha yaxşı qazanca sahib olacağına və səhiyyə problemlərinin tezliklə həll olunacağına tərzində şərh edilir.
Yuxuda Yağış Görmək

Şərhlər

BLOGGER: 2
Loading...
Ad

A B balaca usaq C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y yuxuda aglayan korpe yuxuda korpe gormek yuxuda korpe usaq gormek yuxuda körpə görmək Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Yağış Görmək
Yuxuda Yağış Görmək
Yuxuda Yağış Görmek nece yozulur, Yağış Görmek menasi, Yuxuda Yagis Gormek ne demekdir ve yozmasi nedir
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwu1ZHvQf3Wb28EhIwFLdoH8Hr5iBm4IaMIodO7Ok0rj9JRiH7gDP-fqZm-TiNpKLEsDtbcTxnIFpHNknsRl4BjdLrdn0RsLYlX1rIz8c1A-UksrMRciqrvEAyM7GAeyxurgcNN5OZoTM/s320/yuxuda-yagis-gormek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwu1ZHvQf3Wb28EhIwFLdoH8Hr5iBm4IaMIodO7Ok0rj9JRiH7gDP-fqZm-TiNpKLEsDtbcTxnIFpHNknsRl4BjdLrdn0RsLYlX1rIz8c1A-UksrMRciqrvEAyM7GAeyxurgcNN5OZoTM/s72-c/yuxuda-yagis-gormek.jpg
Yuxu Yozmalari
https://www.yuxuyozmalari.net/2016/07/yuxuda-yagis-gormek.html
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/2016/07/yuxuda-yagis-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy