Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Bit Görmək

Yuxuda Bit Gormek yozması nece gorulduyune görə fərqlənsədə, Yuxuda Bit Gormek əsasən xeyirə yozulur.

Yuxuda bit görmək təkcə bir cür yozulmur. Həm yaxşı həmdə pis yozması olan bu yuxunun görüldüyü vəziyyətə görə fərqli yozulur. Yuxuda təmiz yerdə görülən bit var dövlətə işarə etməsi ilə yanaşı, murdar, pis yerdə görülən bit yoxluğa düşməyə işarə edir. Yuxuda görülən bit vəziyyətə görə fərqli şərh olunur. Məsələn, bədəm yapışıb, qan sorub böyümüş olan bir bitin bədəni tərk etməsi ölüm deməkdir. Çoxlu bit görmək kədərlənməyə və sıxıntıya düşməyə şərh olunur. Bit tutumaq kədərdən və dərddən xilas olmağa əlamət edir.

Yuxuda bitlərə görə qaşınmaq, iyrənmək, yaxud xəstələnmək böyük fəlakətlərə, çətinliklərə və türmədə dustaq olmağa işarə edir. Yuxuda bit yemek bir adamın dalınca danışaraq ondan qiybət etmək və pisləməyə işarədir. Bitin yuxu sahibinin paltarının itstənilən bir yerində olması həm var dövlətə, həm də sağlamlıq ilə əlaqəli problemlərə yozulur.

Yuxuda Bit Görmək Dini Yozması

Yuxuda üstüne bit düşdüyünü görmek, malından çox insanın xeyir görməsinə işarə edir. Yuxusunda üzərindən yere bitler töküldüyünü görenin qazancı və gəliri artar. Üstündəki bitləri süpürgəylə yığışdırdığını görmək xeyirli olmaması ilə yanaşı, öz əllləri ilə bilə bilə malını hədər etməyə işarədir.

Yuxuda Bit Gormek

Yuxu Yozmaları Bit

Yuxuda Əlində Bit Görmək

Barmaqları bit yığını və bunları əlində tutduğunu görmək, yəni yuxuda elinde bit görmek, işlərin yaxşılaşmasına qazancın artaraq təcrübənin çoxalmasına və xeyirli mübadilələrə şərh olunur.

Yuxuda Bit Yumurtası Görmək

Yuxuda bit yumurtası görmek yaxşı şəkildə şərh olunmur. Hər fürsətdən istifadə edən, xoş niyyətli, tərbiyədən uzaq, sözgəzdirən insanlara işarə edir. Yuxusunda bit Yumurtası görən şəxs tülkü kimi hiyləgər insanlara rastlaşaq olmasına yozulur.

Yuxuda Bit Təmizləmək

Yuxuda bir dənə bit temizlemek, bir şübhənin doğruluğundan əmin olaraq onun üstünüə düşməyə və ondan xilas olmağa işarətdir. Yuxuda çox bit təmizləmək, təfərrüatı çox olduğu üçün yuxu görən adamı çox əyləndirəcək buna görə də yoracaq və sıxıntıya salacaq bir məsələnin varlığına və özünün də bu məsələni həll etmək üçün üzərində baş sındıracağına şərh olunur. Yuxuda ağ bit təmizləmək, sadə bir üsul ilə qısa müddətdə asanlıqla həll olunacaq bir məsələ, yuxuda qəhvəyi bit təmizləmək, mənbəyinin nə olduğunu tapmaq üçün uzun səylər nəticəsində xilas olması mümkün olacaq bir problemə əlamət edir.

Yuxuda Bit Öldürmək

Yuxuda bit öldürmek, yuxu sahibinin tanıdığı və xətrini çox istədiyi bir adama nahaqlıq edib ona pis söz deyəcəyini göstərir. Əgər yuxuda görülən bit sirkəsidirsə bu da pis niyyətə, qeybətə və pisliyə yozulur.

Yuxuda Bitləndiyini Görmək

Yuxuda öz ailəsinin və özünün bitlendiyini görmek, yaxın vaxtlarda ailəsi ilə birlikdə bolluq, rahatlıq içində bir həyata sahib olacağına və xeyirli qazanc qapılarının yuxu görənə və bitlənən adamlara, bəxtin qazancın, pulun artması, və malın artıb ailəsinində də özünün də gözləmədiyi bir yerdən qazanc gələcəyi şəklində şərh olunur.

Yuxuda Ölünün Başında Bit Görmək

Yuxuda ölünün başında canlı bit görmek, yuxu görənin başına keçəcək ziddiyyətli bir hadisə deməkdir.  İnsanın eşitdiyini, gördüyünü, yaxud bildiyini hesab etdiyi bir şeydən əmin olmaması səbəbindən yaşayacağı aldanma deməkdir. Yuxuda ölünün başında ölmüş bit görmek, bir işin qurtardığından, yaxud bir məsələnin bağlandığından tamamilə əmin olmağa əlamət edir. Yuxuda ölünün başından bit seçmek, yaxud ölünün başındakı biti təmizləmək, yuxu yiyəsnin geridə qalmış olsa da sevdiyi hər şeyə qarşı minnətdarlıq və hörmətlə yanaşdığına heç pis danışmadığına işarədir. Əgər mənəvi dəyər verdikləri həyatına girib çıxmış adamlardısa həmişə yaxşı yad edildiyinə,yaxud özü üçün mənəvi dəyəri yüksək olan şeyləri, əşyaları da ölənə qədər saxlayacağına yozulur.

Yuxuda Başqasının Saçında Bit Öldürmək

Yuxuda başqasının saçında dermanla bit öldürmek, əlverişli bir düşüncə ilə hərəkət edərək bir kəsə ən düz və ən əziyyətsiz tərzdə kömək etmək yaxud yol göstərmək mənasına gəlir. Yuxuda başqasının saçında əli ile bit öldürmek, məhdud imkanlar ilə əldə olanı istifadə edərək və özündə olanı bölüşərək çətin vəziyyətdə olan bir adama köməklik etməyə, yuxuda başqa adamın saçında daşnan bit öldürmek də bir şəxs üçün yaxşı şeylər etmək istəyərkən tam əksinə, pislik etmiş və zərər vermiş olmağa əlamət edir.

Yuxuda Üstündə Bit Görmək

Yuxuda üstünde, saçda bit görmek, yəni insanın üstündə bit görməyi yaxşı şəkildə yozulur Bu, işlərinin açılacağına ruzinin və bolluğun artacağına və hər şeyin olduğundan və əvvəlkindən daha yaxşı olacağına işarə edir. Həmçinin əhali olaraq da bolluq və çoxluq deməkdir.

Yuxuda Yorğanda Bit Görmək

Yuxuda yorğanda ölü bit görmek, bir xəstəliyə heç özü də bilmədən şəfa tapmağa, yaxud bir təhlükədən necə deyərlər qıl payı xilas olmağa işarə edir. Hər iki halda da yuxu görənin özü birbaşa əlaqəli olan və sonradan öyrənəcəyi bir problemin öz-özünə həll edilməsi mənasına gəlir. Yuxuda yorğanda canlı bit görmek, kiçik və əhəmiyyətsiz olmasına baxmayaraq yuxu görəni çox narahat edəcək və gecələr yatmağa qoymayacaq bir məsələnin olduğu mənasına gəlir. Yuxu sahibi bu vəziyyətdən xilas olmaq üçün tez bir şeylər etmək lazım olduğunu hiss edəcək və dərhal hərəkətə keçəcək. Yuxuda yorğan biti öldürmek, yuxu yiyəsinin ağıllı, kamallı davranması hesabına bəzi maneələri keçməsinə və artıq rahat rahat yatmağa başlacaq deməkdir.

Yuxuda Bit Yemək

Yuxuda bit yemek də öldürmek də çox yaxşı tərzdə yozulur. Yuxuda bit yediyini görən özünü xoşlamayan adamların paxıllıqdan partlaması mənasına gəlməsi ilə yanaşı, bit yemək dərdlərindən, çətinliklərindən və problemlərindən xilas olmaq deməkdir. Yuxuda bit yemək həmçinin qeybət etmək kimi şərh olunur.

Yuxuda Saçda Qara Bit Görmək

Yuxuda saçda çoxlu qara bit görmek, yuxu görəni iş və sosial həyatdan uzaqlaşdıracaq və gündəlik həyatını davam etdirməsinə mane olacaq bir hadisənin baş verəcəyinə işarə edir. Yuxuda saçdan qara bit temizlemek, bir iş ucbatından etdiyi tərəddüdün yersiz olmadığını təsdiqləyəcək bir inkişafın olmasına buna görə də görüləcək tədbirlərin daha asan müəyyən edilməsinə və işlərin daha asan hala gəlməsinə işarə edir. Yuxuda paltardan qara bit temizlemek, bir məsələnin böyüməsinin qarşısını alacaq bir fürsət tutmaq və ona ən düz vaxtda müdaxilə etməyin hesabına rahtat və şad yaşamaq deməkdir. Misal üçün: bir xəstəliyin üstünə hələ başlamamış düşüb tez müalicə olunub şəfa tapmaq kimi yozulur.

Yuxuda Böyük Bit Öldürmək

İş və peşə həyatında hamı tərəfindən bilinən  bir problemi yox etməyə nail olmaq və bunun hesabına  vəziyyəti düzəldib, yaxşılaşdırmağı bacarmaq deməkdir. Yuxuda yeke dişli ağ bir bit öldürmek, önünə keçilməsi,yaxud uğurunun daha yaxşı nəticə əldə etdikdə adamın qazancına, qismətinə və bəxtinə mane olan bir adamı mağlub edərək ondan xilas olacağına əlamət edir.
Yuxuda daşla böyük bit öldürmək, bir məqsədə çatmaq üçün zəhmətli yolu seçərək buna görə də lazımsız yerə vaxt və məşğul olmağa işarə edir.

Yuxuda Öz Saçında Bit Öldürmək

Yuxuda öz saçında zeher ile bit öldürmek, səhv qərarlar ucbatlndan sağlamlığını təhlükəqarşısında qoymağa şərh edilir. Yuxu görənin həkim ilə məsləhətləşməsi lazım olan bir sağlamlıq probleminə öz bildiyi bir yolu seçərək həll etmək istəməsi və o üsulun insan sağlamlığı üzərində çox zərərli olmasından ötrü yaşayacağı çətinliyə və problemlərə işarə edər. Yuxuda öz saçında qaz ile bit öldürmək, həddindən arıtq  çətin olmayan bir vəziyyət üçün qulaqdan qulağa yayılan və düz olmayan çarələr tapmaq istəməsi deməkdir.

Yuxuda Boyunda Bit Görmək

Boyunda boyunda bit görmek,  arxasından, xəbərsiz bir şəkildə pul yığan biri olduğuna yozulur. Bəzən isə Yuxuda alnında Bit görmek də eyni şəkildə şərh izal edilir. Yuxuda anında bit görən adam zəhmətlərinin qarşılığını alacağına bunun üçün mübarizəsindən əl çəkməməsi lazım olduğuna şərh edilir.

Yuxuda Saç Darayanda Bit Düşməsi

Yuxuda öz saçını darayarda bit düşmesi, bir işi həyata keçirmək istəyərkən gözlənilməyən bir tərsliklə qarşılaşmağa və bu vəziyyətə tez müdaxilə edilməsinin şəxs üçün məcburi olmasına əks təqdirdə çatışmamazlığın daha da böyüyəcəyinə və daha böyük bir bəla halına gələcəyinə işarə edir. Yuxuda başqasının saçını daradığını və saçından bit düşdüyünü görmek, yuxu yiyəsinin bir hadisə yerindən sağlamlığı, xeyiri və qazancı üçün uzaqlaşmasının vacibliyinə şərh olunur. Adamın hadisəyə daxil olması, yaxud orada qalması halında özü də zərər görə bilər, yəni necə deyərlər sakit başını ağrıda bilər.

Yuxuda Başqasının Saçından Bit Təmizləmək

Yuxuda başqasının saçından bit seçmək yaxud temizlemek, dəyəri bilinən, xatiri istənilən və yadı edilən bir şəxs olmaq kimi şərh olunur. Çətin vəziyyətlərdə və hadisələrdə başqalarının yanında olan insan olmağa bunun hesabına hamıda yaxşı təəssürat oyatmağa, istilik və səmimiyyət yaratmağa işarə edir. Yuxuda başqasının saçından sarı bit temizlemek, iki tərəf arasında ortaq məxrəcə gələrək böyük bir yaxşılığa səbəb olmaq deməkdir. Yuxuda başqasının saçından ağ bit təmizləmək, kimisə biyabır olmaqdan xilas etmək və ona kömək etmək mənasına gəlir.

Yuxuda Paltarda Bit Görmək

Bitin yuxu sahibinin paltarının hər hansı bir yerində olması var dövlət ilə şərh olunması ilə yanaşı, bəzən də sağlamlıq problemləri ola biləcəyinə diqqət etməsi lazım olduğuna işarətdir. Yuxuda paltarda bit görmek  təzə paltarlar almağa əlamət edir.

Şərhlər

BLOGGER: 1
Loading...
Ad

A B balaca usaq C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y yuxuda aglayan korpe yuxuda korpe gormek yuxuda korpe usaq gormek yuxuda körpə görmək Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Bit Görmək
Yuxuda Bit Görmək
Yuxuda Bit Gormek yozması nece gorulduyune görə fərqlənsədə, Yuxuda Bit Gormek əsasən xeyirə yozulur.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnBXVqmh-NC2SrU7kNH0G6OwL7YNv6cht61uyAamYAXcz9jCG-ZUNOUR80NLhLjmmKjzHh8avnt364u7I9XsjImkc9VXWm5rJ6UAn4AVTBp4lv9v90UiX6mSURPvghVM1DbqLMtt6iIE8/s320/Yuxuda+Bit++Gormek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnBXVqmh-NC2SrU7kNH0G6OwL7YNv6cht61uyAamYAXcz9jCG-ZUNOUR80NLhLjmmKjzHh8avnt364u7I9XsjImkc9VXWm5rJ6UAn4AVTBp4lv9v90UiX6mSURPvghVM1DbqLMtt6iIE8/s72-c/Yuxuda+Bit++Gormek.jpg
Yuxu Yozmalari
https://www.yuxuyozmalari.net/2016/08/yuxuda-bit-gormek.html
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/2016/08/yuxuda-bit-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy