Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Üzük Görmək

Yuxuda uzuk gormek esasen xeyirli sayilsada nece gorulduyunden asili olaraq yozmasi deyissede, Yuxuda Uzuk Gormek menasi dini olaraq da xeyilir yozulur

Yuxuda üzük görmək əsasən xeyirli yozulur. Yuxunu Görən adamın hörmət və etibarının artacağına, ətraf mühitində olan insanların istəyini qazanacağına, baha bir üzük görmək mal, mülk və qazancının artacağına, subaylar üçün yaxın vaxtlarda ailə quracağına, yaxud bir münasibətə başlayacağına işarədir. Əgər yuxuda rengi getmiş, baxımsız, qədim, köhnəlmiş və pis bir üzün görmüsünüzsə bəzi müvəqqəti bədbəxtliklər yaxud çətinliklər keçirə biləcəyiniz kimi şərh olunur.

Yuxuda üzük görmək ev, maşın, yaxud bir heyvan sahibi olmağa şərh olunur.Yuxuda özünüzü necə hiss etdiyinizdə əhəmiyyət daşıyır. Əgər gördüyünüz yuxu sizə xoşbəxtlik verən və ürəyinizi rahatladan bir yuxudursa xeyirli hesab olunur.

Dini Yozması: Cəfəri Sadiq (r.a) şərhinə əsasən: Yuxuda görülən möhür və üzük səkkiz cüryozulur: Uşaq, var-dövlət, səlahiyyət və məmurluq, yaxşı gəlir, xidmətçi, ali məqam, zinət və qiymətli mal deməkdir.
Yuxuda Uzuk Gormek

Yuxuda Gümüş Üzük Görmək

Yuxuda gümüş üzük görmek gözlədiyiniz ya da gözləmədiyiniz bir yerdən əlinizə mal yaxud pul keçəcəyi mənasına gəlir. Kiminsə gümüş üzük görməsi malının və mülkünün artacağına fəraha çatacağına işarə edir. Ələ keçən malın, mülkün halal olduğunu da göstərir.
Gümüş üzük görənlərin elminin və biliyinin artacağı kimi də yozulur.

Yuxuda Dəmir Üzük Görmək


Yuxuda demir üzük görmek çəkilən çətinlik və sıxıntılardan sonra xoşbəxt və gözəl günlər baş verəcəyinə şərh olunur. Dəmir üzük eyni həmçinin bir çox şeydə qüvvə, uğur, hörmət və zənginlik əldə ediləcəyinə işarətdir.
Ancaq bəzi yozumlara əsasən, dəmir üzük görmək, sahib olunan var dövlətin dəyərinin azalacağına və maddi zərər çəkmək şərh olunur.

Yuxuda Üzük Taxmaq

Yuxuda taxılan üzük qeşeng və parlıdayandırsa, o adamın yaxın vaxtlarda ailə quracağına yaxud evlilik təklifi alacağına şərh olunur. Üzüyünün dəqiq parlaq bir şəkildə görülməsi çox xoşbəxt bir evlilik keçirəcəyini bildirir.
Dar üzük taxmaq, bir qadından sıxıntı və zülm görəcəyi mənasına gəlir. Bir başqa mənası isə dar üzük görənin iş həyatında bəzi sıxıntılar yaşadığı, yaxud yaşayacağına işarə edir.
Yuxuda barmağınızı sıxan üzüyü çıxardığınızı görmek isə çətinliklərdən xilas olacağınızı göstərir.
Üzük taxmağın başqa bir mənası da yeni bir işə girişərək bu işdən çox pul əldə edilərək bolluq və bərəkətin artması kimi də şərh edilir.

Yuxuda Qızıl Üzük Taxmaq

Yuxuda qızıl üzük taxmaq xeyire yozulan yuxular arasındadır. Qızıl üzük görən  qadındırsa zahiri görünüşünə və gözəlliyinə fikir verdiyinə, hörmət edilən və sevilən bir insan olduğuna və həyatda etibarlı bir yeri olduğuna işarə edir. Üzüyü görən kişidirsə əmlakı və pulundan səməfrəli istifadə etmədiyinə şərh olunur.
Bəzi yuxu yozumlarına əsasən qızıl üzük kişi üçün haram qəbul edilir və müsbət şərh olunmur. Amma qızıl bahalı, dəyərli, qiymətli və parlaq bir maddə olduğuna görə, yuxunu görən adamın kişi yaxud qadın olmasınadan asılı olmayaraq yaxşı mənaya gəlir .
Yuxuda qızıl üzük görmek subaylar üçün evlilik kimi də yozulur.

Yuxuda Brilyant Üzük Görmək

Yuxuda brilyant üzük görmek çətin olan nadir bir qismətin gəlməsinə şərh olunur. Bu qismət iş yaxud eşq olar bilər. Yuxu gördüyünüz vaxt ən çox yiyələnmək istədiyiniz nə varsa qismət olacağına ələmat edir.

Yuxuda Üzük Tapmaq

Yuxuda üzük tapdığını görmek, subaylar üçün evlənməyə və evli olanlar üçün də uşaq sahibi olmağa işarə edir. Həmçinin bu yuxu, sahib olmadığınız və sahib olmaq istədiyiniz nə varsa onlara yiyələnmək kimi də şərh olunur.Bir başqa yozuma görə isə bir məsciddə namaz qılanda bir üzük tapdığını görən adamı yaxşı və xoşbəxt edəcək bir kəs ilə evlənməsinə işarə edir.

Yuxuda Üzük İtirdiyini Görmek

Əgər yuxunuzda üzüyünüzü itirdiyinizi yaxud oğurlandığını görmüsünüzsə münasibətinzdəki etimadsızlığa işarə edə bilər. Bundan başqa münasibətinizlə əlaqəli ayrılıq bəhsinin keçdiyi yaxud ayrılıq qorxusu yaşadığınızı yuxunuz sizə bildirir.

Yuxuda Brilyant Üzük Taxmaq

Yuxuda brilyant üzük taxdığını görmek yaxın müddətdə evlilik təklifi alaraq ailə quracağınız mənasına gəlir. Gördüyünüz üzük yaxud üzüyün daşı nə qədər dəqiq və parlaq isə izdivacınız o qədər yaxındır deməkdir. Əgər üzüyü çox aydın görməmisinizsə evlilik təklifi alıb ailə qurmaq biraz gecikəcək deməkdir.

Yuxuda Qırıq Üzük Görmek

Yuxuda gördüyünüz qırıq üzük həyat yoldaşınız yaxud sevgilinizlə əlaqəli olan bəzi problemlər yaşadığınızı və problemlərdən ötrü çətin vəziyyətdə olduğunuza işaər edir. Bir-birinizə olan bağlılığınız sarsıdılmış və bu əlaqənin ayrılıqla bitəcəyindən qorxuduğunuzdan ötrü ola bilər.

Yuxuda Toy Üzüyü Taxmaq ve Almaq

Yuxuda toy üzüyü taxanlar yaxud aldığını görən qızlar yaxud oğlanlar subaydırlarsa yaxın müddət ərzində ailə quracaqlarına şərh olunur.
 Evli insanların toy üzüyü taxdığını görməsi ayrılma qorxusu yaşadıqlarına şərh olunur.
Toy üzüyünü barmağınızdan çıxartdığınızı görmüsünüzsə münasibətinizin pozulmasına, yaxud ailənizlə dostlarınızla yaxud iş yoldaşlarınızla bir problem yaşadığınıza və ya yaşaya biləcəyinizə işarə edir.
Yuxuda toy üzüyü taxmağın yaxud almağın digər bir mənası da iş həyatınızda böyük uğurlara imza atmağınıza, karyera və mövqe sahibi olub, hörmət görərək bol pul qazanmağınıza şərh olunur.
Gördüyünüz yuxuda üzük nə qədər aydın, parlaq və gözel ve qeşendirsə xoşbəxtlik və nailiyyətinizin də o qədər gözəl olacağını göstərir.

Yuxuda Üzük Qaşı Görmek

Qaşı olan bir üzük taxdığını görənin bir oğlu olur yaxud bir maşın yada ev alır. Üzük qaşının bir yerdə yox, başqa yerdə olduğunu görən, dövlət başçıları, böyük rəhbərlər və məmurlar üçün vəzifəsindən azad olunmağa, digər insanlar üçün həyat şərtlərinin dəyişməsinə  şərh olunur.

Yuxuda Üzük Daşı Görmək

Yuxuda üzük daşı görmek mala, şərəfli olmağa, hörmət görməyə və bol bərəkətli qazanca işarədir. Üzük qızıldandırsa və üstündə də daşı varsa bu xeyirli bir yuxudur. Yaxın vaxtlarda nə arzunuz varsa o arzunuza çatacağınıza işarə edir.
Üzük daşı qiymətli daş və qaşlardan işarədirsə var-dövlət, mal-mülk, şöhrət və fəraha qovuşacaqsınıza yozulması ilə yanaşı, eyni vaxtda dövlətdə vacib bir mövqeyi tutacağınız mənasında da gəlir.
 Yuxunuzda dəyərsiz yaxud ucuz daşlı bir üzük görmüsünüzsə, zəif mövqeli olmağa şərh olunur. Yəni şərhlər görülən üzüyün qiymətinə görə aparılır. Üzüyün daşı nə qədər dəyərli, parlaq və gözeldirse mövqeyiniz də o dərəcə yüksələcək deməkdir.
Üzüyünüz daşı sallanırsa, olduğunuz mövqedən yaxud vəzifənizdən azad edilıb bilərsiniz. Üzüyün daşının düşmesi də yenə eyni cür yozulur
Yuxuda üzük daşının düşmesi şərəf və etibarın yox olması kimi də şərh olunur.
Yaşıl yaqut daşlı bir üzük taxdığını görmek, alim, zəki, dininə bağlı, anlayışlı bir uşaq dünyaya gələcək deməkdir.
Bəzən üzük daşı görmək uşaq sahibi olmağa da işarə edir.
Yuxuda Üzük Görmek

Yuxuda Barmaqda Üzük Görmek

Siz idealları və məsuliyyətləri olan dininə bağlı və sadiq şərəfli bir insansınız. Buna görə də hərdən özünüzü sorğulaya bilərsiniz. Evli və nişanlısınızsa özünüz yaxud bir sevgiliniz varsa o münasibətə sadiq və bağlı bir insan olduğunuzun göstəricisidir.

İki Qaşlı Üzük Görmek

Üzüyündə yan yana iki qaş olduğunu görən, məmur vəzifəsində yüksəlməyə, ticarətçidirsə mübadilədən qazanca şərh olunur.

Möhürlü Üzük Görmek

Yuxuda Möhürlü üzük görmek və üzüyünün bir möhürü olub onunla sənədə möhür vurduğunu görən, o vaxta qədər sahib olmadığı bir şeyə sahib olur. Gümüş üzük taxmaqla möhür vurduğunu görənin özünə bağlı bir övladı olur. Bu üzükdəki qırmızı daş günahkarlıq, qara daş, zillət və fəaliyyətsizliyə şərh olunur.

Böyük Üzük Taxmaq

Yuxuda Böyük üzük taxmaq subay üçün evliliyə işarə edir. Yuxuda enni və geniş üzük taxan adam çətinliklərindən xilas olar qorxularından əmin olur,  böyük üzük taxmaq xeyirə əlamətdir.

Yuxuda Üzüyün Barmağı Sıxması


Üzüyün barmağını sıxdığını görmek və üzüyü çıxarmaq öz razılığı ilə malından bir hissəsini əlindən çıxarır. Yuxuda üzüyünün barmağını sıxdığını görmek ümumiyyətlə belə yozulur. Əlinə pul və sərvət keçər, birinə öz malından verir, bir surətlə çox var-dövlət qazanır və pulu həyatı boyu əlində qalır.

Yuxuda Üzük Hediyye Etmek yaxud Üzük Hediyye Almaq

Yuxuda üzük hədiyyə etmək bəzi yozmalara görə, məhəbbət məsələsində hazırkı arzularınızın bəzi səbəblərdən ötrü reallaşmayacağına, yaxud təxirə salınacağına və bu vəziyyətin də sizin üçün xeyirli olacağına şərh olunur.
Yuxuda üzük hediyye götürmek yaxın müddətdə yaxşı bir dost və ya rəfiqə tapa biləcəyinizə bu dostluğun, yaxud yoldaşlığın sizin üçün faydalı olacağına işarə edərkən həmçinin bu yuxu çox istədiyiniz bir arzunuzun həyata keçəcəyinə də işarə edir.
Bir başqa yozuma görə isə başqa birinə üzük hediyye vermel mal və mülkünüzün bir qisminin satılaraq əldə edilən pulun gizlədilməsi kimi də şərh olunur.
Üzük Görmək

Şərhlər

loading...
loading...
loading...
Ad

A B C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Üzük Görmək
Yuxuda Üzük Görmək
Yuxuda uzuk gormek esasen xeyirli sayilsada nece gorulduyunden asili olaraq yozmasi deyissede, Yuxuda Uzuk Gormek menasi dini olaraq da xeyilir yozulur
https://1.bp.blogspot.com/-FRT5F4BJspc/V7uWYpp5G5I/AAAAAAAAAGI/FK3IAnbFMVsfeXk-XR2MUuiSCRT7zixCwCEw/s320/Yuxuda%2BUzuk%2BGormek.jpg
https://1.bp.blogspot.com/-FRT5F4BJspc/V7uWYpp5G5I/AAAAAAAAAGI/FK3IAnbFMVsfeXk-XR2MUuiSCRT7zixCwCEw/s72-c/Yuxuda%2BUzuk%2BGormek.jpg
Yuxu Yozmalari
http://www.yuxuyozmalari.net/2016/08/yuxuda-uzuk-gormek.html
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/2016/08/yuxuda-uzuk-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy