Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Pişik Görmək

Yuxuda pişik görmek nece yozulur, yuxuda pişik menası nedir, pişiyin etraflı yozması

Yuxuda pişik görmək uşaq sahibi olmağa, yuxunu görən qadındırsa həyat yoldaşından ötrü çətinlik çəkəcəyinə, ətrafında düşmənlər ola biləcəyinə işarə edir.
yuxuda pişik görmek Yuxuda pişik görmək, həddindən çox özündən razı və ətrafındakı insanları hiyləgərliklə aldadan, səmimiyyətsiz və iki üzlü bir kişi kimi şərh olunur. Başqa bir yuxu yozumuna əsasən isə, yuxuda pişik görmək ana üçün, uşağınıza qarşı həddindən artıq sıxmağa və onun təhsilini uşağınızı bezdirəcək şəkildə verməyə çalışırsınız deməkdir.
Fərqli bir yuxu yozmasına əsasən isə yuxuda pişik görmək riyakar insanlarla qarşılaşacaqsınız yauxd bir məsələdə ümidiszliyə düşməyinizə işarədir.

Yuxuda Qara Pişik Görmək

 həyatında böyük mübahisə və münaqişələrə yol açacaq bir insanın varlığına, yaxın müddət ərzində qardaşlar arasında böyük mübahisə baş verməsinə səbəb olacağına, əgər bu hadisələrin daha da böyüməsi arzu olunmursa, bu adamın ətrafınızdan uzaqlaşdırılması lazım olduğuna işarət edir.

Pişik sesi eşitmek

Bəzi yozumalara əasən, yuxunuzda pişik zingiltisi eşitməyiniz, qeybətə daxil olacağınız barədə xəbərdarlıq xarakteri daşıyır.

Pişiyi dişləmək

Yuxuda siz pişik dişlədiyinizi görmüsüzsə yaxud ona zərər verirsinizsə, xəstəliyinizin bir az artıq davam edəcəyinə işarə edir. Əgər xəstə deyilsinizsə, sağlamlığınız ilə əlaqəli məsələlərdə diqqətli olmasınız çünki uzun müddətli bir narahatlıq keçirə bilərsiniz.

Pişik öldürmək

Yuxunuzda pişik öldürsüzsə real həyatınızda oğurlar ilə qüzləşərək onu tutmağınıza işarə edir.
Başqa bir yozuma əsasən isə pişik öldürmək rahata qovuşmağa işarədir.

Dişi pişik

Yuxuda dişi pişik bir tərəfdən sizə faydası toxunarkən bir tərəfdən də zərərini görəcəyiniz bir adamı təmsil edir. Yuxuda dişi pişik görmək pis xarakterli bir qadına işarə edir.
Gördüyünüz dişi pişik əgər ev pişiyidirsə, yuxunuz çətinliklərdən xilas olmağa işarə edir. Gördüyünüz dişi pişik əgər küçə pişiyirdirsə, ətrafınıza kiminsə hərəkət və davranışlarının nəticəsi kimi çətin bir vəziyyətlə qarşılaşacaqsınız deməkdir. Dişi bir ev pişiyi sizi cırmaqlaya bilərsə, bir illik müddət ərzində əmin-amanlıq və xoşbəxtliyiniz daimi olacaqdır.
Həmçinin evə də bərəkət gəlir. Yuxuda görülən dişi pişik hiyləgər və ikiüzlü bir qadının da simvoludur.

Yuxuda pişik sidiyi görmek

Xeyirli bir şəkildə başlayan bir işin, bir müddət sonra zərər gətirirəcək bir hal alacağına, bəzi problemlərin baş qaldıracağına, sevilən bir yoldaşla aranın dəyəcəyinə, maddi və mənəvi olaraq çox böyük zərərə məruz qalmış və ailə üzvləri ilə aranın dəyəcəyinə iaşrətdir. Həmçinin iş məsələsində kömək əli uzadılan bir nəfərdən xəyanət görüləcəyinə yozulur.

Pişik ilə dalaşmaq

Yuxunuzda pişiklə dava edib və məğlub olmusuzsa, xəstəliyinizdən çox sürətli bir şəkildə xilas olmağınıza işarədir. Həmçinin bu yuxu xoşbəxt çox da uzaq olmadığının, hər an xoşbətliyə qovuşa biləcəyinizə dəlalət edir.

Yuxuda pişik olmaq

Yuxuda pişik olmaq yaxud pişiyə döndüyünüzü görməyiniz oğurluğa işarət edir. Oğurluq yaxud dinimizdə halal qəbul edilməyən yollarla dolanışığınızı təmin edə biləcəyinizə dəlalət edə bilər.
Yuxunuzda bir ev pişiyinə dönmüsüzsə və evin ən rahat yerinizdə yatmısızsa, bu uzun bir müddət işləriniz tərs gedəcəyindən xəbər verir. Yuxunuzda pişiyə döndükdən sonra başqa bir pişiklə dava etsəniz, daxil olmağə planladığınız işlə əlaqədar olaraq vicdansız bir kimsə ilə tərəfdaşlıq edəcək yaxud bu adamdan kömək qəbul edəcəyinizə, amma həmin şəxslə mübahisə edərək iş münasibətinizi sonlandıracağınıza işara edir.

Pişiyin sürtünməsi

Yuxuda pişik sizə özün sürtdüyünü görmürsüzsə, ətrafınızdakı insanlara qarşı biraz diqqətsiz və saf olaraq hərəkətlər nümayiş etdirir və onlar haqqından çox saf fikirlərinizin ola biləcəyinə işarə edir. Həddindən artıq köməkcil və xoş niyyətdən sonra qədir bilməzcəsinə edilən hərəkətlər ilə üzləşə bilərsiniz. Ehtiyyatlı olmağınızın lazım olduğuna dəlalət edən bu yuxu sizin bir məsələdə aldadıla biləcəyinizdən də xəbər verir.

Pişik satmaq

Yuxuda bir pişiyi satdığınızı görmüsüzsə, var-dövlətinizdən itki vermək yaxud daşınmaz əmlakınızı satacağınıza işarət edə bilər.
Yuxuda pişik yalamağı
İş məsələsində sevilən bir şəxsdən alınacaq dəstək ilə böyük bir işə düşəcəyinə, əmin-amanlığı qaçıran halların ortadan qalxacağına, mübahisələrin sona çatacağına, gözəl bir münasibətə başlanacağına, qardaşların birlikdə bir işə düşəcəyinə, sıxıntılı bir işin ardından rahatçılığa çıxacağına və xəyallara yaxın bir vaxt ərzində qovuşacağına əlamət edir. Yuxu sahibi, xeyirli bir yola çıxıb bu yolda uğurlu olacaq deməkdir.

Ölü pişik

Yuxuda pişik öldürmek yaxud öldürülən bir pişik görəsiniz və ya pişiyinin itməsi kimi pişiyə gələn zərərlə bağlı hər cür vəziyyət azadlığınız məhdudlaşdırması ilə əlaqəli olaraq qəbul edilir. Heç də istəmədiyiniz bir şəkildə öz azadlığınızı məhdudlaşdırır ola bilərsiniz. Həmdə bu sizin öz seçiminiz də ola bilər.
Bunlara nümunə kimi, evlilik ərəfəsində bir kişi belə bir yuxu görürsə evliliyin azadlığını məhdudlaşdıracağını hesab edə bilər. Həyatınızda azadlığınızı məhdudlaşdıran halları aşkar etməli və həll yolu olanları həll etməlisiniz.

Pişik tumarlamaq

Əgər pişikləri xoşlayırsızsa, yuxuda pişik görmək vəfalı dosta işarə edir. Pişik tumarlamaq isə onunla olan xoş münasibətiniz kimi şərh olunur.

Pişiyin itməsi

Yuxunuzda gördüyünüz pişiyin itməsi narahatlığınızın alovlanacağı yaxud bir məsələdə sıxıntıya düşməyiniz şəklində izah olunur.

Ağ Pişik Görmək

İş ilə əlaqəli qazanılan nailiyyətləri qısqanan bir insanın varlığına, ancaq bu insanın yuxu sahibinə bir zərər verməyəcəyi kimi yozulur. Ailə münasibətlərindəki xoşbəxtliyi gözü götürməyən pis niyyətli bir insanın ailə üzvlərinin aralarını vurmaq üçün bəzi oyunlar aparacağına ancaq heç cür uğurlu olmayacağına və əlindən gələn tək şeyin narahat olub özünə vermək olduğu kimi şərh olunur.

Sarı Pişik Görmək

Hiyləgər olduğundan şüblənənməyəcəyiniz amma bir hiylə işlədəcək bir şəxs ilə üzləşəcəyinizə, bu adam ilə çox sıx rəqabət içinə girəcəyizə ancaq daha sonra edəcəyi bir səhv ucbatından öz qazdığı quyuya düşəcəyindən xəbər verir. Bundan başqa, bəzi qazanc sahələrində  baş verəcək qısa müddətli çətinliklərə tərzində də şərh olunur.

Pişik tükü görmək

Xeyirli bir işin ortasında üzə çıxacaq pis bir hadisə ucbatından çətinlik çəkəcəyinə ancaq bu vəziyyətin çox uzun davam etməyəcəyinə, yeni bir iş ilə əlaqəli olan bir problem çıxacağına amma bu problemin də çox çəkməyəcyinə və daha sonra işin qaydasına düşəcəyindən xəbər verir.

Pişik  Daşlamaq

Ailə həyatını qısqanan və sahib olunan xoşbəxtliyində gözü olan bir nəfərin ailə üzvləri ilə bağlı bəzi planları olduğuna, bu adamın ailədən uzaqlaşdırılmalı olduğuna, əks halda çox ağır və kədərli hadisələrin baş verəcəyinə və evdə əmin-amanlığın pozulacağına işarə edir. Həmçinin, gözəl günlər keçiriləcəyinə, xeyirli bir qismətlə evlilik yolunda addım atılacağına və yaxın bir vaxt ərzində övlad sahibi olacağına dəlalət edir.

Yuxuda pişik yandırmaq

Xeyirsiz bir kikimsə sizə verəcəyi bir zərər ucbatından məşğul olacağınız bir işdə üzləşəcəyiniz arzuolunmaz hallara yol veryəcəyinə, buna görə də bəzi səhv qərarlar qəbul ediləcəyinə, işlərin daha pis bir hal alacağına, maddi olaraq qarşılaşılan zərər ilə yanaşı həmdə mənəvi zərərə məruz qalınağınq işarət edir. Həmçinin, çətin bir vəziyyətin sevilən bəzi şəxslərin verəcəyi dəstək hesabına asanlıqla həll ediləcəyinə, işlərin daha yaxşı bir hal alacağına, çətinliklərin sona çatacağına və qazancın get-gedə çoxalaraq artırılacağına əlamət edir.

Yuxuda Pişik İşəməyi Görmək

Yuxu görən şəxsin heç gözləmədiyi bir vaxtda pis bir adam ilə üz-göz olacağına, işlərlə əlaqədar olaraq bu şəxs ilə tərəfdaşlıq qurulacağına, çətinliklərin artacağına, çətin günlər keçiriləcəyinə, atılan addımların böyük bir sıxıntıya yol açacağına, törədilən xətanın bir problem yaradacağına və buna görə də uzun bir müddət ərzində təəssüf hissi keçiriləcəyinə işarə edir.

Quyruqsuz pişik görmək

Yuxuda quyruğu olmayan, ya da hər hansı bir cəhətdən əskik olan bir pişik görmək, həyatınızın çox da rahat olmadığını, sərbəst şəkildə qərar qəbul edə bilmədiyinizi və buna görədə narahatlıq hiss etdiyinizə əlamət edir.

Pişik balası

Yuxuda pişik balası görmək müstəqilliyə doğru bir keçid mərhələsində olduğunuzu göstərir. Bu müstəqillik həyatınızın böyük bir qisminə təsir göstərəcəyi kimi sadə qərarlarınızla əlaqəli də ola bilər. Bunlara nümunə kimi həyatınızda yox deyə bilməyədiyiniz insanlara yox deməyi öyrənməyə başlaya bilərsiniz. Həyatın bəxş etdiyi yeni şeyləri kəşf etmək üçün hazırsınız olduğunuzu göstərir. Digər bir tərəfdən belə bir yuxu isməta və saflığa əlamət edir.
Pişik balasının bir it balasına çevrildiyini görmek şəxsi həyatınızda bir dəyişiklik olacacaq deməkdir. Əgər həyatınızda hazırda belə bir dəyişiklik yoxdursa həyatınızda yeni dəyişikliklər axtarşında olduğunuzu göstərə bilər.

Pişik əti yemək

İş həyatı və ailə həyatı ilə əlaqəli atılan addımların qazanc gətirəcəyinə, düşmənlərin məğlub ediləcəyinə, problemlərin həll ediləcəyinə və xeyirsiz adamların ailədən və nəsildən dəf ediləcəyinə işarə edir. Əldə olan imkanlarla ən yaxşı şəkildə bir iş quracağına, çalışqan bir adam ilə bir yola düşəcəyinə və qısa müddət içində bir evə sahib olacağına əlamətdir.

Yuxuda pişik görüb öldürmək

Ailə həyatında baş verən mübahisələr və davalardan  xilas olmaq üçün və iş həyatında baş verəcək maddi və mənəvi böyük itkilərin qarşısını almaq üçün rəqiblərə və ailə üzərində gözü olan pis niyyətli insanlar üçün tədbirlər görəcəyinə və bu tədbirlər hesabına problemlərin böyük nisbətdə həll ediləcəyinə  işarət edir. Həmçinin, xoşbəxt ailə mənzərəsini pozmağa çalışan insanlarla mübarizə ediləcəyinə işarədir.

Yuxuda pişik əzizləmək


Yuxu görən adamın içində olduğu mühitə və ya vəziyyətə görə dəyişiklik göstərir. Əgər işlə əlaqədar bir qərar qəbul ediləcəksə, tərəfdaşlıq qurulan yaxud maddi dəstək istənilən adamın pis niyyətli bir adam ola biləcəyinə işarə edir. İzdivacla əlaqədar bir hal varsa, yaxın müddət ərzində sağlam bir uşağa sahib olacağına əlamət edər. Bundan başqa, çox sevindirəcək bir xəbər alacağına və bu informasiya əsasında qazanclı bir işə düşəcəyinə ancaq atılacaq addımlarda diqqətli olmaq lazım olduğu kimidə yozulub, sərh olunur.

Evə girən pişik

Bir pişiyin evə girdiyini görmek, evinizə oğru daxil olacağı şəklində izah edilir. Evə girən pişik evdəki yeməkləri yeyərsə, oğru evinizdən bəzi əşyaları alıb gedəcəkdir.
Səhər namazından sonra pişik görülməsi, altı gün ərzində davam edəcək bir narahatlıq keçirəcəyinz şəklində şərh olunur.

Pişik cırmaqlaması

Yuxunuzda pişik sizi cırmaqlaya bilmişsə ətrafınızda sizə olan düşmənçiliyini gizlətməyən adamlar olacağına işarə edir. Bu düşmənlərə qarşı diqqətli olmalısınız çünki həqiqətən də son dərəcə təhlükəli ola bilərlər.
Əgər sizə bir erkək pişik hücum edirsə, bir xəstəlik keçirəcəyiniz şəklində şərh olunur. Əgər bu pişik vəhşi bir erkək pişikdirsə keçirəcəyiniz ağır və şiddətli bilər deməkdir.

Yuxuda pişik ile danışmaq

Çətin vəziyyətdə olan bir adam ilə kömək ediləcəyinə, ancaq işlə əlaqəsi olmayan, qeybətçil və pis qəlbli bir insanın köməyə mane olmağa çalışacağına, buna görə özü ilə müzakirə ediləcəyinə, etdiklərinə görə özü ilə bütün əlaqələrin kəsiləcəyinə və iş həyatında daha diqqətli addımlar atacağına işarət edir.

Pişik ve siçan görmek

Yuxunuzda bir pişik və siçanın dost olduqlarını görəsiniz ikiüzlü insanlarla bir araya gələcəyiniz şəklində şərh olunur.

Ana və bala pişikleri bir yerde görmek

Yuxunuzda anası ilə birlikdə balaca pişiklər görmüsüzsə, bəzi məsələlərdə narahat ola biləcəyinizə işarədir.

Vəhşi pişik görmək

Görüləcək işdə çox güclü bir rəqiblə qarşılaşacağına, problemli bir vaxt keçiriləcəyinə, işlərin ləngiyəcəyinə, bəzi layihələrin təxirə salınacağına, gözlənilməz bir zərərlə qarşılaşacağına, yaxın bir adamın tutacağı bir xəstəlik ucbatından kədər hisi keçiriləcəyinə və sahib olunan malların bir qisminin satılacağına işarət edir.

Yuxuda qara pişiyin dişlemesi

Görülən işlər və həyata keçirilən layihələr hesabına qazanılan nailiyyətləri və gəlinən mövqeyi qısqanan bir adamın, böyük bir plan qurduğuna, bu planı həyat keçirməsi ilə birlikdə yuxu görən adamın maddi olaraq böyük itkiyə məruz qalacağına, sevdikləri arasının dəyəcəyinə və çətinlik çəkəcəyi kimi yozulur. Gözlənilməyən bir vaxtda və heç uyğun olmayan bir səbəbdən ötrü çox zərər çəkmiş və uzun bir müddət ərzində bu zərərdən xilas olmaq üçün səy sərf olunacağına dəlalət edir.

Yuxuda pişiyin doğduğunu görmek

Yuxu görən adamın, iş məsələsində çox yaxşı bir nöqtəyə gələcəyinə, onun qarşısına bəzi problemlər çıxacağına, bu problemlərin getdikcə artacağına, dərdlərin artacağına ancaq daha sonra tədricən aradan qalxacağına və rahat bir nəfəs alacağına yozulur. Həmçinin çox istənilən bir işin böyük bir səy göstərilərək edilə biləcəyinə, buna görə də daha yaxşı iş rejiminə keçilməsi lazım olduğu şəklindı şərh edilir.

Yuxuda pişik qanı görmek

Yuxu görən adamın, gördüyü işdə bəzi problemlər üzə çıxa çıxacağına, buna görə də biraz zərər çəkəcəyinə, sıxıntılı günlər keçiriləcəyinə ancaq sevilən bir adamın işə əl atması ilə daha böyük problemlər ortaya çıxmadan problemlərindən qurtaracağına və işlərin daha yaxşı və daha qazanclı bir vəziyyətə gətiriləcəyinə yozulur. Həmçinin, verilən qərarlar əsasında daha yaxşı bir işə daxil olunacağına, çox arzu edilən bir şeyə sahib olacağına və çətinliklərdən xilas olacağına işarətdir.

Şərhlər

BLOGGER: 11
Loading...
Ad

A B balaca usaq C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y yuxuda aglayan korpe yuxuda korpe gormek yuxuda korpe usaq gormek yuxuda körpə görmək Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Pişik Görmək
Yuxuda Pişik Görmək
Yuxuda pişik görmek nece yozulur, yuxuda pişik menası nedir, pişiyin etraflı yozması
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifweTPIrXxGSD9kgc94wDrDwIUOiAVqpIyqwuuUCgpzUPbzfeJg9YgzDgWUgwsrZNmt1c-5Kh7SabTvhee2B7ujKKeYkaZyUq_-CwE7UtgETIdXX59qyTpsMGaIKFkyUgu-b2J5XUKF7w/s320/yuxuda-pisik-gormek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifweTPIrXxGSD9kgc94wDrDwIUOiAVqpIyqwuuUCgpzUPbzfeJg9YgzDgWUgwsrZNmt1c-5Kh7SabTvhee2B7ujKKeYkaZyUq_-CwE7UtgETIdXX59qyTpsMGaIKFkyUgu-b2J5XUKF7w/s72-c/yuxuda-pisik-gormek.jpg
Yuxu Yozmalari
https://www.yuxuyozmalari.net/2017/03/yuxuda-pisik-gormek.html
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/2017/03/yuxuda-pisik-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy