Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Saç Görmək

Yuxuda saç görmek ne demekdir, saç görmeyin menası ve yozması nedir, yuxuda saç görmek nece yozulur?

Yuxuda sac gormek
Yuxuda saç görmək əsasən də qadınlar üçün çox xeyirli hesab olunur. Saç, qadınların gözəlliyini təmin edən ən mühüm amillərdən biri olduğuna görə bu yuxu qadınlar üçün daha xeyirli sayılır. Bu yuxu, saçın uzunluğu və qısalığı kimi bir çox vəziyyətə görə fərqli mənalara gələr bilər.
Yuxuda saç görmək,  güclənəcəyinizə işarə edir. İş həyatında çətinlik yaşayırsınızsa rəqiblərinizə qarşı qalib üstünlük əldə edəcəyinizə yozulur.

Qara saç görmək

Qara sac

Yuxunuzda saçlarınızı qara rəngdə görmüsüzsə , bu yuxu evli qadınlar üçün həyat yoldaşlarının düzgün, iradəli və sadiq olduğunu göstərir. Əgər yuxu sahibi subaydırsa evlənəcəyii şəxsin belə xüsusiyyətlərə sahib olacağından xəbər verir.
Saçlarınızı yuxunuzda çox tünd qara rəngdə görmüsüzsə, bu yuxu, var dövlətli bir kişi ilə izdivac görəcək, yaxud evli qadınlar üçün ərlərinin varlı və imkanlı olacağına işarət edir.

Sarı saç görmək

Sarı saç

Yuxuda sarı saç görmək, ömür boyu müvəffəqiyyət, dinclik və xoşbəxtliyə və əmin-amanlıq kimi şərh olunur.

Gözəl və baxımlı saç görmək

Yuxunuzda saçlarınızın qəşəng və baxımlı olması, yaxın müddətdə tanış olacağınız bir nəfər ilə yaxşı bir dostluq quracağınız və bu dostunuzun sizə fayda gətirəcəyi kimi şərh edilir. Bu yuxu qadın yaxud kişi üçün eyni cür yozulur.

Buruq saç görmək

Buruq sac

Yuxuda buruq saç görmək subay yaxud evli fərq etmədən sevgi münasibətlərində xoşbəxtlik və sevinc yaşayacaqsınız deməkdir. Bu sevgi münasibəti eyni zamanda sizə əmin-amanlıq da verəcəkdir.
Buruq saç həmçinin xeyirli hadisələrdən xəbər verir.

Yuxuda saçın uzanması

Yuxuda saçlarınızın uzandığını görmüsüzsə, ömrünüzün uzun olacağından xəbət verir. Bu yuxunun bir başqa yozmasına əsasən isə, evinizə alacağınız ehtiyacınız olan və ya olmayan hər hansı bir yeni əşya olacaqdır. Bu yuxu uşaq istəyənlər üçün muştuluq kimi də dəyərləndirirlir. Yuxuda saç uzatmaq istəyirsizsə və saçınız çox uzandığını görüb, sizdən gedəcək olan puldan  çox daha çox pulun əlinizə keçəcəyinə işarə edir.

Yumşaq saç sörmək

Yumşaq saçlar, təxmin belə etmədiyiniz qapıların sizə açılaraq ev, maşın, torpaq və pul kimi mal mülk sahibi olacağınıza işarə edir.

Solğun yaxud bulanıq rəng saç görmək

Müxtəlif maddi problemləri ilə üzləşə biləcəyinizdən xəbər biləcək bir yuxudur. Hər zaman belə olmasada əsəs yozumu cür aparılır. Bu səbəblə xərclərinizə diqqət etməli və əhəmiyyətli maliyyə qərarlarınızı təxirə salmalısınız. Yaxın müddətdə ərzində kredit yaxud müqavilə kimi işlərdən uzaq durmaq bu yuxunu görən üçün xeyirli hesab olunur.

Uzun saç görmək

Uzun saç görmək, savad, bir çox sahə yaxud mövzuda məlumat sahibi olmağa işarə edir və uzun ömürlü olmağın gətirdiyi təcrübələrdən ötrü daha da kamil bir insan olacağınızın göstəricisidir . Boz rəngli saç da bu yuxu ilə eyni mənaya sahibdir. Digər bir mənası isə həyatınızda əmin-amanlıq, bolluq və bərəkət içində keçəciyinin göstəricisidir.

Pis, çirkin yaxud formasız saç görmək

Yuxunuzda saçlarınızı çirkin və iyrənc bir şəkildə görsən məqsədlərinizə çatmaq üçün çox əziyyət çəkib, çox yorulacağınıza işarədir.

Qızıl rəng saç

Yuxuda qızıl rəngli saç görmək, insanlara qarşı simpatik və şirin görünəcək və bu xüsusiyyətinizdən ötrü insanların sizə qarşı maraq və sevgi göstərəcəyi kimi şərh olunur.

Saç daramaq

Yuxuda saç daramaq yeni və uzun ömürlü dostluqlar qurmağınıza işarət edir. Digər bir yuxu yozumuna əsasən isə yuxuda saç daramaq fərqində olmadan apardığınız şeylərin nəticəsi sizin üçün mənfi olacaq mənasına gəlir.

Saç yolmaq

Yuxuda saçınınızı yolduğunuzu görmək, ətrafınızdakı insanların hörmətini qazanmağa və digərləri tərəfindən sevilməyə işərədir.

Saç daramaq

Yuxuda saç daramaq yeni və davamiyyətli dostluqlar qurmağınıza işarət edir. Digər bir yuxu yozumuna görə isə yuxuda saç daramaq fərqində olmadan gördüyünüz işlərin nəticəsində sizə mənfi təsir göstərəcək bir şeyin baş verməsi mənasına gəlir.

Saçların sıxlaşması

Yuxunuzda saçlarınız daha gurlaşdığını yaxud gur olduğunu görəsiniz, əlinizə keçəcək yeni mal, əşyalar olacağına işarət edir. Bu yuxunu əgər sıxıntılı günlər keçirərkən görsəniz, qısa bir müddət ərzində sıxıntılardan xilas olaraq rahata qovuşacağınıza əlamət edir. Əgər bu yuxunu görən şəxsin onsuzda heç bir narahatçılığı yoxdursa, get-dedə daha da rahat günlərin onu gözlədiyinin və getdikcə daha daha çox rahata qovuşub hər şeyin özünün ürəyincə olacağının göstəricisidir. Bir digər yozmasına əsasən isə gur saç görmək bolluq və bərəkət dolu günləriniz sizə çox yaxın olduğu işarətdir.

Saçların ağarması

Yuxuda saclarin agarmasi

Yuxuda saçların ağarması çox mənfi məna daşıyan yuxu kimi görünsə də  xeyirli yuxular arasındadır. Bu yuxunu görən adam digərləri tərəfindən bəyənilir və arzu edilən bir insan olur. Əgər yuxunu görən  kişidirsə işlərində yüksələcəyi kimi qəbul edilir.
Saçlar əgər tamamilə ağarıbsa, ticarətdə problemlər baş verə yaxud işlədiyiniz iş yerindəki sizdən daha böyük vəzifədəki şəxslər sizə mənfi təsir göstərəcək hətəkətlər nümayiş etdirə bilər. Saçlar və bədəndəki digər tüklər, saqqallar tamamilə ağdırsa böyük maddi çətinliklərin öhdəsindən asanlıqla gələcəlsiniz.
Uzun ağarmış saçlar isə qısa zaman içərisində sevinc hisləri keçirəcəynizi göstərir.
Başqa bir yuxu yozmasına əsasən, yuxu görənin  oğlan övladı olur.
 Yuxunu görən qadınsa bu yuxu, qadının həyat yoldaşının pis işlər görəcəyinə yaxud qadının bir narahatçılıq keçəcəyinə işarə edir.
Əgər məhkəmə işiniz varsa, sizin xeyirnizə nəticələnir.

Ağızdan saç çıxması

Yuxuda ağızdan saç çıxması, deyəcəyiniz sözlərdən ötrü çəkəcəksiniz çətinliklərə işarə edir. İşlətdiyiniz bəzi sözlər sizə heçdə müsbət olmayan təsirlər göstərcək. Məhz buns görə də nə işlədilən sözlərə diqqət yetirmək  lazımdır.

Saç tökülməsi

Saç tökülməsi daha çox maddiyyat kimi qəbul ediliməsi ilə yanaşı, maddi itkiləri təmsil edən yuxu kimi qəbul edilir. Yuxunuzda saçlarınız tökülübsə bir şeyi itirə, oğurlana, yaxud məcburiyyət qarşısında qalıb dəyər-dəyməzinə sata bilərsiniz. Bu yuxu çətinlik, darda qalmaq yaxud sıxıntı kimi də şərh olunur.
Digər bir şərhə görə isə müvəqqəti sağlamlıq problemləri keçirə bilərsiniz, yaxud iş yerindəki mövqeyiniz mənfi istiqamətdə dəyişə bilər. Əsasən maddi cəhətdən itkiyə işarət edir.

Saç hörmək

Yuxuda saç hörmək, işinizə ciddi diqqət yetirməyi davam etdirməyinizə və əlinizdən çıxan hər işin qüsursuz olacağına işarət edir.
Əgər yuxunu görən qadındırsa, müsbət şərh olunur. Kişi üçün isə investisiya edəcəyi mənasına gəlir.
Yuxuda saç hörmək bədii fəaliyyətlər kimi də qəbul edilir. Sənətin hər hansı bir növü ilə əlaqəli fəaliyyətlərdə iştirak edə bilərsiniz. Bir incəsənət sahəsi üzrə təhsil ala, həvəskar yaxud peşəkar olaraq üzərində işləyə bilərsiniz. Əgər yaxın zamanda könül münasibətlərinizə bir mübahisə yaşanıbsa, qısa müddət içərisində sevdiyiniz ilə barışa biləcəynizi göstərir.
Digər bir şərhə əsasən isə saç hörmək qadın yaxud kişi fərq etmədən yaxın bir müddətdə sevdiyiniz bir insanla aranızda çıxan bir problemdən ötrü münasibətinizi pozmusunuzsa, barışıb və münasibəti əvvəl olduğundan daha da yaxşı şəkildə barpa edəcəyiniz şəklində yozulur.

Saç yumaq

Yuxuda saç yumaq indiyə qədər olan düşüncə üslubunuzda dəyişiklik etmək istədiyinizi əks etdirir. Bununla belə münasibətlərinizə fərqli bir mövqe tutmaq lazım olduğuna da işarə edə bilər. Digər bir tərəfdən bu yuxu obrazınızı dəyişdirmək istədiyinizə göstərir. Fərqli bir görüntü ilə insanların qarşısına çıxmaq istəyir ola bilərsiniz. Bir başqasının saçını yumaq isə həyatınızda bir başqasına asılı vəziyyətə düşdüyünüzü göstərə bilər.

Saç boyamaq

Yuxunuzda saç boyamaq, formasını dəyişmək yaxud çox qabarıq dəyişikliklər etmək həyatınızdakı böyük dəyişikliklərə işarə edir. Saçlarınız dalğalanması daxili azadlığınızı simvoludur. Yaşadığınız problemlərlə bağlı fərqli bir dünyagörüşü əldə edə, yaxud bu məsələlərə diqqət yetirərək yeni üsullar təcrübəyə edə bilərsiniz.
 Saçlarınız dalğalanması daxili azadlığınızı simvoludur.

Saç kəsmək

Yuxunuzda saçƒlarınızı kəsdiyinizi görəsiniz, karyeranızda bəzi problemli günlər keçirəcəksiniz və bunun mövqeyinizə mənfi təsir göstərə biləcyi kimi şərh olunur.
Yuxuda bir başqasın sizin saçlarınızı kəsməsi, etmədiyiniz bir gunah yaxud bir pis iş ilə günahlandıra biləcəyinizdən xəbər verir. Bu yuxu həmçinin həyatınızda qəfil və dəqiq verəcəyiniz qərarlardan ötrü yaranacaq dəyişikliklər dəyişikliklərə kimi də şərh olunur. Digər bir şərhə əsasən isə, yuxunuz həyat yoldaşınızla keçirəcəyiniz ziddiyət və mübahisələrə işarə edir.

Qulaqdan saç çıxması

Yuxunuzda qulağınıza saçlarınızın çıxdığını görəsiniz, xoş olmayan sözlər eşidəcəyinizə işarədir. Bu sözləri nəzərə almalısınız, çünki əslində bir dərs xarakteri daşıyırlar

Saçına xına qoymaq

Xına qoymaq ənənələrimizdə xoşbəxt günlərdə icra edilən bir üsuldur. Yuxunuzda saçınıza xına qoymağınız çox sevinəcəyiniz irəliləyişlərin baş verəcəyi şəklində yozulur.

Saç qurutmaq

Bu yuxu yaxın müddət ərzində ağlınızın qarışdığını ancaq fikirlərinizi cəmləməyə başladığınızı göstərir. Həmçinin çox gözəl yeni ideal tapıb həyata keçirə biləcəyiniz kimi də yozulur.

Qoltuq altından saç çıxması

Yuxuda koltukaltından saç çıxması, yuxu sahibinin arzularının həyata keçəcəyinə işarə edir. Bununla yanaşı, bəzi yozmalara əsasən, inanc dünyanızın xeyli güclənəcəyini göstərir.

Saçı təraş etmək

Bu yuxunu bir kişi görüb isə həccə gedir. Ətrafı tərəfindən nüfuzu artır. Yuxu görən qadındırsa, yoldaşı ilə  baş verəcək söz davasına işarə edir.

Keçel kişi

Yuxuda saçını daz, keçəl etdirən kişidirsə, özünü ağır aparan, yetkinliyə, təcrübəyə və günahlardan təmizlənməyə, bəzən isə tədbirli olmağa və düşüncəli davranmağa, hər işində əmin addımlar atmağa xeyirli və uzun ömrə işarədir.

Ovuc içindən saç çıxması

Yuxunuzda əllərinizin içindən saç çıxdığını görəsiniz, rahatlığınızın bir qədər qaçacağına işarə edir. Bundan başqa, günah törədmiş ola, yaxud törədə bilərsiniz. Hərəkətlərinizi gözdən keçirib günahlardan çəkinənməyiniz sizə fayda gətirəcəkdir.

Saça forma vermək

Yuxunuzda saçlarınıza forma verdiyinizi görəsiniz, ətrafınızdakı insanların sizinlə bağlı fikirlərinə həddindən artıq əhəmiyyət göstərdiyiniz mənasına gəlir. Öz fikirlərinizdən çox başqalarının fikirlərinə əhəmiyyət verir və özünüzü başqalarının gözündən qiymətləndirirsiniz. Bu vəziyyət bu şəkildə davam etdiyi müddətcə sağlam bir ruh halı içində olmaq mümkün deyil. Elə buna görə də başqalarının fikirlərini dəyərlələnmək müsbət olsada, o fikirlərin üzərinə həyatınızı dəyişməməlisiniz.

Saç kəsdirmək

Yuxuda saç kəsdirmək sizə əzab verən bir itki yaşadığınızı göstərir. Digər bir tərəfdən, məqsədləriniz və arzularınızla bağlı dəyişikliklər etmək istəyir ola biləcəyinizdən də xəbər verir. Bəzi vərdişlərinizə və bəzi mövqeyinizdən imtina edə biləcəyinizə işarətdir.

Parik taxmaq

Yuxusunda parik taxan qadındırsa bu yuxu xeyirə əlamət edir. Bu yuxunu görənin qisməti açılır və tez bir zamanda izdivacı baş tutur.

Saç jelesi görmək

Yuxuda jele, köpük yaxud wax kimi saça forma vermək üçün istifadə edilən məhsullardan görmək, özünə qulluq edən bir şəxsə işarə edir. Həmçinin yuxu görənin hörmət və nüfuzun artacağına əlamat edir.

Şərhlər

loading...
loading...
loading...
Ad

A B C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Saç Görmək
Yuxuda Saç Görmək
Yuxuda saç görmek ne demekdir, saç görmeyin menası ve yozması nedir, yuxuda saç görmek nece yozulur?
https://3.bp.blogspot.com/-xsEhCqodQU0/WNUS9cCt-sI/AAAAAAAAALg/p6y4-ONrxAs1zFVO7Hk-Yc2EBnIKuYqmQCLcB/s320/yuxuda-sac-gormek.jpg
https://3.bp.blogspot.com/-xsEhCqodQU0/WNUS9cCt-sI/AAAAAAAAALg/p6y4-ONrxAs1zFVO7Hk-Yc2EBnIKuYqmQCLcB/s72-c/yuxuda-sac-gormek.jpg
Yuxu Yozmalari
http://www.yuxuyozmalari.net/2017/03/yuxuda-sac-gormek.html
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/2017/03/yuxuda-sac-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy