Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Qəbir Görmək

Yuxuda qebir görmek nece yozulur, qebirin menası nedir, yuxuda qebir görmek üçün etraflı yuxu yozması

loading...
Yuxuda qəbir görmək, insanın günahlarının bağışlanması üçün göstərdiyi səyə işarə edir. Yuxuda özünü ölmüş olaraq qəbiristanlıqda görməsi uzun ömrün göstəriricisidir. Bu  yuxunun tam əksinə, ömrü uzun olacaqdır. Əgər insan ölü qəbiristanlıqdan qaçarkən görürsə bu da yenə eyni mənaya, yəni uzun ömrə işarədir. Yuxuda ölünü qəbiristanlıqda ağlayarkən görmək, yaxşı olmayan, pis və kədərli xəbərlər eşitməyə işarə edir. Yuxuda qəbirdə ağlayan adam imanı ölən adam kimi dəyərləndirilir. Bunun tam əksi olaraq, yuxuda ölünün gülməsi, eşidiləcək olan gözəl, xeyirli və sevindirici xəbərlərə işarə edir. Belə desək, sevdiyiniz birinin pis, yaxud ölümcül xəstəlikdən xilas olması kimi yaxşı hadisələr ilə üzləşə bilərik. Əgər qəbir köhnədirsə və ətrafında insanlar yoxdursa o halda bu bir ayrılığa, ya da tənhalığa işarə edir. Yuxuda qəbir görmək həmçinin dünyadan əlini üzməyə də işarə edə bilir. Bundan başqa qəbir zinakar bir qadın mənasına da gələ bilir.
Yuxuda qebir gormek

Yuxuda qəbir sulamaq

Yuxuda qəbir sulamaq bir övlad sahibi olmağa əlamət edir. Yuxusunda bir qəbiri sulayan yaxud qəbirin üzərinə gül əkən insanın bir uşağı olacağına işarət edir. Əgər yuxuda öz qəbirinin üzərinə quşlar su içmək üçün gəlibsə və o qəbirdə su yoxdursa, qəbir sahibinin ruhunun dua istədiyinə işarə edir.

Yuxuda qəbirstanlıqda olduğunu görmək

Subay bir adam yuxusunda qəbiristanlıq ziyarəti edirsə və qəbir daşlarına baxırsa, bu, o insanın ömrünün uzun olacağına işarə edir. Əgər bu yuxunu subay bir adam görsə o zaman yuxusunun mənası və boş bir həyatı göstərir. Yuxuda qəbiristanlıq səfəri zamanı qəbir daşlarının üzərindəki yazıları oxumaq da eyni cür yozulur.
Yuxusunda adamın özünü qəbiristanlıqda görməsi o adamın yaşadığı bir peşmançılığa işarə edir. Bu şəxsin törətdiyi bir cinayət yaxud etdiyi bir səhvə görə keçirdiyi peşmanlığı göstərir. Bəzən də bu yuxu görən adamın günah işlədəcəyinə yaxud bir yolunu itirərək səhvlər edəcəyi şəklidə şərh edilir. Qəbiristanlıqda olan şəxsin əlinə böyük miqdarda pul keçər və bu pulla müxtəlif yerlərdə özünə evlər yaxud mülkər alaraq var dövlət sahibi olar.

Yuxuda qəbir düzəltdirmək

Əgər bir adam yuxusunda qəbir qazdığını, yaxud qəbir tikdirdiyini görürsə yaşadığı yerdə bir ev tikdirəcəyinə işarə edir. Yuxuda özünə qəbir götürmək isə üzün ömrə işarədir. Sağlam və uzun bir ömrü olacağı mənasına gəlir. Əgər bir qadın yuxusunda qəbrə daxil olursa, bu bir izdivaca, əgər bir kişi yuxusunda qəbrə daxil olursa bu da məhz yaşanacaq bir sıxıntıya yaxud həbsə işarət edir. Qəbiristanlıqda torpaq qazmaq uzun bir həyata, üzərində yaşıl otlar bitmiş bir qəbir isə o qəbirdə yatan adamın rəhmət içində olduğunü gösətirir.

Yuxuda qəbir almaq

Yuxuda qəbir almaq, yaxşı bir münasibətin baş tutacağını göstərir. Yuxuda ölmədən əvvəl özü üçün qəbir yeri almaq və özünə məxsus olduğu bilinsin deyə, üstünə adını və soyadını da yazırmaq, bu yuxu sahibinin tanıdığı bir qadınla ailə quracacağına işarə edir.

Təmiz qəbir görmək

Təmiz qəbir keçmişə əlamət edir. Yuxusunda təmiz qəbir görən şəxsin keçmiş vaxtlarda gördüyü bir işə görə əlinə küllü miqdarda pul keçəcəyinə işarə edir. Bir borc, keçmişdən gələn pul mənasına gəlir. Bu borc, birlikdə iş görülən şəxsdən, yaxud işləyib alınmayan maaşı göstərə bilər.

Yuxuda qəbir daşı görmək

Subay bir şəxs yuxusunda qəbiristanlığa gedirsə və qəbir daşlarına baxırsa, bu o insanın ömrünün uzun olacağına işarə edir. Bu yuxunun sahibi evlilik yaşına çatmış bir subaydırsa, onda yuxu sahibinin həyatını artıq münasib bir şəxslə birləşdirməli olduğuna işarə edir. Yuxuda qəbiristanlıq ziyaretinde qebir daşlarının üzərindəki yazıları oxumaq da eyni cür yozulur.

Qəbir qazmaq

Yuxuda qəbir qazan insan real həyatda bir ev tikdirir yaxud ev alır. Xüsusilə ev sahibi olmaq istəyənlər üçün bu yuxu geniş, rahat yaşayacaqları və xoşbəxt olacaqları bir ev mənasına gəlir. Subay şəxslər üçün isə bu yuxu yaxın zamanda evlənib ailə qurmaq kimi yozulur.

Qəbir açmaq

Yuxuda qəbir açmaq üçün torpağı qazmaq, o insanın, qazdığı qəbir də yatan adamın həyatında gördüyü işi yuxu sahibinin aparacağına işarə edir. Yəni yuxu sahibinin qazdığı qıbirdə yatan adam əgər həyatda yaxşı və yüksək vəzifə tutubsa yuxu sahibinin də vəzifə sahibi olacağını göstərir. Əgər qəbir sahibi həyatında elm ilə məşğul olub yaxud elm adamıdırsa bu yuxu sahibinin də həyatında elm ilə məşğul olacağına işarə edir.

Yuxuda qəbirlərin arasında gəzmək

Yuxusunda qəbir arasında gəzdiyini görmək, əqidəsiz və xürafələr ilə məşğul olan, insana heç bir faydası olmayan şəxslərin evinə girib çıxmağa, belə adamlarla oturub durmağa və vaxt keçirməyə işarədir. Yuxusunda qəbirlər arasında dolaşan kimsə faydasız əməllər edir yaxud həyatını boş işlərlə keçirir. Bu yuxu bəzən də dinə zidd elm öyrənməyə və ya bütün ömrü boyu lazımsız, boş işlər ilə məşğul olmağı göstərir.

Yuxuda qəbir örtmək

Yuxusunda qəbri örtən şəxs əgər xəstədirsə tezliklə şəfa tapar və ya xəstəxanada yatırsa yaxın zamanda yaxşılaşaraq oradan çıxır və evinə sağlam bir vəziyyətdə qayıdar. Bu yuxunu sağlam bir insan görərsə, ömrü boyu sağlam olacağına və çox böyük problemlər yaşamadan və böyük sıxıntılar keçirmədən ömrünü başa vuracağına işarə edir. Yuxuda qəbir örtmək bəzən də sirrləri gizli saxlamağa, etibarlı və düz danışan bir şəxsə dəlalət edir.
Yuxuda qəbirstanlıqda olduğunu və insanların öz üzərinə torpaq atdıqlarını görmək, adamın əlinə keçəcək mala, mülkə, var dövlətə və pula şərh olunur. Bu səbəblə belə bir yuxu görən kimsə işindən bərəkət görür və əldə etdiyi qazancla da özünə mal mülk alır. Bu yuxu sərvət sahibi olmağa, zənginləşməyə və çətinliklərdən xilas olub rahatlaşmaq kimi şərh olunur.

Yuxuda qəbir qazan görmek

Yuxuda qəbir qazan bir şəxs adətən mal sahibi varlı bir adamdan xəbər verir. Bu yuxu yaxında belə bir adamdan daşınmaz əmlak almağı yaxud onun hesabına istədiyiniz evə sahib olmağı göstərir. Digər bir yuxu yozmasına əsasən isə qəbir qazan adam hər kəsin hörmət etdiyi, var dövlətli bir adamdır. Yuxu sahibi belə bir adam ilə tanış olaraq ondan kömək görər yaxud onun yanında işləməyə başlayar.

Yuxuda Müsəlman qabirstanlığı görmək

Yuxusunda Müsəlman qəbiristanlığı görmək, bir millətin sahib olduğu orduya, o ordunun gücünə və əsgərlərinə və bəzən də müharibə hazırlıqlarına işarədir. Müsəlman qəbiristanlığı əgər kafirlərlə mübarizə edən bir qrup Müsəlman varsa tezliklə qələbəyə nail olacaqlarına və bütün döyüşün Müsəlmanların xeyrinə başa çatacağına işarədir. Başqa bir yuxu yozmasına əsasən isə insanın qəlbinin nə qədər təmiz və saf olduğunun göstəricisidir.

Yuxuda ölü ilə gülüb oynamaq

Qəbirstanda xoşa gəlməz bir hərəkət olan gülmək yaxud oyun kimi hərəkətləri etmək ümumiyyətlə günah işi görməyə, fasiq və hiyləgər insanlarla bir arada olmağa işarədir. Bu yuxu insana edilən bir xəbərdarlıqdır. Davranışlara diqqət yetirilməsi lazım olduğunu və əgər edilməsə qısa müddət ərzində bəla yaxud fitnə ilə üzləşəcəyini gösərir. Bu yuxunu görən şəxs axirətdən tamamilə uzaqlaşaraq dünyaya və dünya malına həvəs salır.

Yuxuda qəbiristanlıq ziyarətində olmaq

Yuxuda bir qəbiristanlığı ziyarət edən şəxs həbsdə olan bir yaxınını ziyarət edir. Bu yuxu insanın məhbus olan bir tanıdığına bəzən də o şəxsin azadlığa qovuşmasına işarədir. Yuxuda qəbiristanlığa getmek bəzi yozumlara əsasən isə xəstə ziyarətinə yaxud narahat olan bir insanın ehtiyaclarını qarşılayaraq ona kömək etmək şəklində şərh edilir.

Yuxuda bir qebiri başqa bir yere köçürmek

Yuxuda bir məzarı başqar yerə aparan şəxs özünə yaxud uşaqlarına o  həmin ərazilərdə ev qismət olar. Bu yuxu var dövlət sahibi olmağa, varlanmağa və maddi sıxıntılardan xilas olmaq kimi yozulur. Başqa bir yuxu yozmasına əsasən isə səyahətə çıxmaq, bir şəhərdən başqa bir şəhərə köçmək yaxud uzaq qohumlara qonaq getməyə işarə edir.

Yuxuda ailə qəbirstanlığı görmək

Yuxusunda ailə qəbiristanlığı yaxud ailesindən bir çox insanın dəfn edildiyi bir qəbirstanlıq görən şəxs arvadı və uşaqları ilə birlikdə uzun və gözəl bir ömür keçirər. Bu yuxu adətən yaxşıqılıqlara, göz aydınlıqlarına, xeyirlərə yozulur. Ailə daxilindəki xoşbəxtliyə, bütün bir ailənin rahat, birlikdə və həmrəylik içində yaşamasına, ailəvi problemlərin həll edilməsinə və yuxu sahibinin həyat yoldaşı ilə arasının daim yaxşı və gözəl olmasına əlamətdir.

Yuxuda diri diri qebire qoyulmaq

Yuxuda kiminsə ölmememiş, diri-diri basdırılması, yaxud qebire girdiyini görmek,  qadın üçün yaxın zamanda istədiyi kimi bir adam ilə qarşılaşaraq evlənmək mənasına gəlir. Bu yuxu cavan oğlanlar üçün quracağı ailəyə, yaxşı xasiyyətli və şirin sözlü bir xanıma işarə edir. Evli kişilər üçün bu yuxu iş həyatında üzə çıxacaq mənfi proseslərə işarə edir.

Şərhlər

loading...
loading...
loading...
Ad

A B C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Qəbir Görmək
Yuxuda Qəbir Görmək
Yuxuda qebir görmek nece yozulur, qebirin menası nedir, yuxuda qebir görmek üçün etraflı yuxu yozması
https://2.bp.blogspot.com/-yhyeglhv-CU/WeOJ7eg9cSI/AAAAAAAAAO4/7YsZbGT98xMc1NIpyuUt90o5VWZvPWxQwCLcBGAs/s320/Yuxuda-qebir-gormek.jpg
https://2.bp.blogspot.com/-yhyeglhv-CU/WeOJ7eg9cSI/AAAAAAAAAO4/7YsZbGT98xMc1NIpyuUt90o5VWZvPWxQwCLcBGAs/s72-c/Yuxuda-qebir-gormek.jpg
Yuxu Yozmalari
http://www.yuxuyozmalari.net/2017/10/yuxuda-qebir-gormek.html
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/
http://www.yuxuyozmalari.net/2017/10/yuxuda-qebir-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy