Yuxuda Ari Gormek ne demekdir?
Yuxuda arı görmək çox yaxşıdır, bolluq və bərəkət mənasını daşıyır. Yuxusunda arı görən adam ticarət həyatında da ailə həyatında da çox xoşbəxt və uğurlu olacaq deməkdir. Yuxu sahibi xüsusilə də iş həyatında rəqiblərinə qarşı açıq ara uğurlar və qələbələr əldə edəcək, evlilik və şəxsi həyatındakı səadəti ilə hər kəsin həsəd apararaq baxdığı biri olacaq deməkdir. Yuxuda arı görmək insanın həyatının çox gözəl, ömrünün də uzun olacağı kimi yozulur. Yuxuda arı yeşiyindən arıların içəri girib çıxması qazancın bol olacağına, heç vaxt yoxluq yaxud darlıq çəkmədən bərəkət içində bir həyata işarət edir. Yuxuda arının bir çiçəyə qonduğunu kimi görmək, dəvətsiz amma sevilən bir qonağın gəlməsi mənasına gəlir.
Yuxuda Arı Öldürdüyünü Görmək
Yuxuda arı öldürdüyünü görən adam gözləmədiyi bir hadisə yaşayacaq, ya da qəfl bir xəbər alacaq deməkdir.
Yuxuda Arı Tutmaq
Yuxuda arı tutmaq çox yaxşıdır, insanın həyata keçirmək istədiyi xəyalları üçün tutacağı imkanlara işarət edir.
Yuxuda Arı Sancması Görmək
Yuxuda arı sancdığını görmək əsasən yaxşı dəyərləndirilir, bərəkət, ruzi və var dövlət mənasına gəlməsi iı yanaşı, yuxu görənin qazancında kimlərinsə, gözü olduğu mənasını verir.
Yuxuda Bal Arısı Görmək
Yuxuda bal arısı görmək oğlan kimi yozulur. Xeyirli övlad və ya xeyirli həyat yoldaşı mənasını daşıyır.
Yuxuda Qara Arı Görmək
Yuxuda qara arı görmək vacib olmayan, tezliklə həll olunacaq olan problemə işarətdir.
Yuxuda Çoxlu Arı Görmək
Yuxuda çoxlu arı görmək xüsusi və şəxsi məlumatların hamının öyrənməsi mənasına gəlir.
Yuxuda Böyük Arı Görmək
Yuxuda böyük arı görmək iki cür şərh edilir. Evli bir qadının, yaxud evli bir kişnin yuxusunda böyük bir arı görməsi bir qıza işarər etməsi ilə yanaşı evli olmayanlar üçün atadan, yaxud babadan qalacaq olan mal-mülkə işarətdir.