Yuxunuzun Baş Hərfini Siyahıdan Seçin

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Yuxuda Qoyun Görmək

Yuxuda Qoyun Gormek nece yozulur, Qoyun Gormek menasi ne demekdir, Yuxuda Qoyun Gormek yozmasi əsasən xeyirli olur.

Yuxuda qoyun görmək adətən ailə, əsasəndə uşaq və qadın kimi yozulur. Yaxşı tərbiyəli, qanacaqlı, əxlaqlı mərfəli oturub duran və danışmağı bilən bir xanıma işarədir. Bu xanım ərini də ucaldan bir xanımdır. Yuxuda görülən qoyun hər mənada zənginliyə işarədir. Ürək zənginliyinə, səadətin artmasına, ailə üzlərinin çoxluğuna, xeyirli övladlara, qazanca, ruziyə və işlərin artmasına əlamət edir. Yuxuda qoyunun arxasında getdiyini görən adam, bir qadının eşqinə düşəcək və qara sevdaya tutularaq addım addım onu izləyəcək deməkdir. Yuxuda qoyunun xəstəlikli və baxımsız olması, pinti və xəstə insanlara işarə edir. Yuxusunda qoyun derisi üzmeyi peşə seçmiş adam anlayışsız, naxal, müdirə, sahibkara, yaxud siyasətçiyə şərh olunur.
Yuxuda Qoyun Gormek

Yuxuda Qoyun Otarmaq

Yuxuda qoyun otarmaq və çobanlıq etmək vəzifənin qalxması deməkdir. Yuxusunda qoyun otaran şəxs əmir, komandir, direktor, rəhbər, rəis, yaxud siyasətçi rütbəsinə yiyələnəcək deməkdir. Bu yuxu əgər görən şəxs dövlət məmurudursa vəzifənisinin yüksələcəyinə, digər şəxslər üçün yüksəlməyə, mal və mövqedə artıma, hər kəsin həsəd aparacağı bir məqama çatmağa, zənginliyə və kasıblıqdan qurtulmağa işarədir. Bəzən də bu yuxu lider xarakterli bir insanın cəmiyyət içində yüksəlməsinə və digər insanlara rəhbər olmasına işarə edir.

Yuxuda Qoyun Sürüsü Görmək

Yuxuda qoyun sürüsü görmek, ümumiyyətlə, cəmiyyəti təşkil edən üzvlərə yozulur. Qoyun sürüsü, cəmiyyəti təşkil edən üzvlərin sakit və asan idarəolunan kəslər olduqlarına işarə edir. Bəzən də bu yuxu eyni inanca sahib və eyni istiqamətdə gedən şəxsləri göstərir. Qoyun sürüsünün harasa getdiyini görmək, eyni xasiyyətlərə malik insanlara və bu insanlarən birgə hərəkət edərək vacib məsələrin həllinə təsir göstərəciklərinə şərh olunur.

Yuxuda Quzu Görmək

Yuxuda quzu gören adamın bir oğlan övladı olacaq deməkdir. Quzu bəzən də xeyirli və yaxşı xasiyyətli övladıdır. Yuxuda yanında quzu olduğunu görən şəxs, çox xeyirli bir övlada qovuşar və ya uşaqları valideynlərinin qocalıq zamanlarında onlara hər cür yardım edib və onların hər bir ehtiyacına qarşilaması kimi xeyirə yozulur.

Yuxuda Qoyun Kəsmək

Yuxuda qoyun kəsən və qoyun kesmekle kifayətlənməyib qoyundan bir tikə qoparıb yediyini görən insanın bütün arzuları və istəkləri reallaşır və bu şəxs xəyallarına və hədəflərinə çatır. Bəzən də qoyun kəsmək yuxusu, həbsdə olan şəxslər üçün ən qısa vaxtda azadlığına qovuşmağa işarədir. Bəzi yozmalara əsasən isə bu yuxu, qüdrət və güc sahibi olmağa bəzən də digər insanlar üçün nahaq olacaq bir hərəkət etmək və haram mala yaxud pula şərh olunur.

Yuxuda Qoyun Sağmaq

Yuxuda qoyun sağmaq xeyirli şeylərə işarə edir. Ruzi, nemət, bolluq, bərəkət, qazanc, sağlamlıq və şəfa deməkdir. Yuxuda qoyun sağan şəxs gözləmədiyi bir yerdən nemətlər əldə edir və ya ona uzaq olan bir kəsdən çox böyük bir kömək görər. Qoyun sağmaq bəzən də malda artıma, pul qazanmağa sıxıntılardan xilas olmağa da da işarə edir. Bəzən də bu yuxu xəstə insanlar üçün sağlamlıq və şəfa tapmağa, borclu olanlar üçün yaxın vaxtda borcunu ödəməyə yaxud bir arzusu olan insanın yaxında bu arzusuna qovuşacağına ələmət edir.

Yuxuda Qoyun Əti Görmək

Yuxuda qoyun eti görmek xüsusilə əgər ət bişmişdirsə qazanc əldə etməyə, varlanmağa, var dövlət sahibi olmağa yaxud miras qalmasına işarədir. Buna görə də belə bir yuxu görən insan yaxın vaxtlarda nail olmaq istədiyi hədəfə asanlıqla və zəhmət çəkmədən çatır. Əlinə çox miqdarda pul keçər və ya uzaq bir qohumundan maddi mənada kömək görər.

Yuxuda Qoyun Almaq

Yuxuda qoyun almaq xeiyre yozulur. Çünki qoyun adətən bərəkətin, bolluğun simvoludur. Bu səbəblə qoyun alan olan insan varlanır, əlinə bol miqdarda pul keçər yaxud borcu varsa borclarından xilas olar. Bəzən də bu yuxu yeni bir işə girməyə yaxud öz işində uğurlu olub, qazanc əldə etməyə işarə olur.

Yuxuda Qoyunla Dalaşmaq

Yuxusunda bir qoyunla boğuşduğunu, dalaşdığını, qoyunun özünü dişlədiyini yaxud vuraraq yerə saldığını görən kəs qeyri-səmimi və iki üzlü bir qadının pisliklərinə məruz qalır. Bu yuxu bu qadının əli ilə sizə çətinliklərin çatmasına, onun ucbatında cür bəlalara məruz qalmağınıza və ona görə ailənizlə aranızın pisləşəcəyinə işarədir. Bəzən də bu yuxu, görən adam haqqında qeybət edildiyinin, haqqında danışıldığını və bəzi şəxslərin pislik etmək istədiyini göstərir.

Yuxuda Qoç Görmək

Yuxuda qoç görmek, pul, yaxud əhali mənasına gəlir. Yuxusunda qoç görən şəxs ,atası çox imkanlı olan  bir insan  ilə evlənəcək, yaxud özünə çox varlı birindən miras qalacaq deməkdir. Yuxuda görülən qoç, olduqca güclü və qüdrətli bir adamdır. Buna görə də özünə qoç verildiyini yaxud qoç aldığını görən kəs bəhs edilən şəkildə bir adamla tanış yaxud onunla dost olar. Yuxuda qoç kesmek, belə bir adama nahaqlıq etməyə yaxud onun qeybətini etməyə işarədir. Qoça minmək çox güclü bir adamı öz himayəsinə götürməyə yaxud ona kömək etməyə işarədir. Qoçun öz üstüne mindiyini görməsi çox qüvvətli bir insanın yuxu görənin himayəsinə daxil olacğına işarə edir.

Qoyunun Başı Görmək

Yuxuda  qoyunun ayaqlarını yaxud başını görmek əldə edəcəyiniz var-dövlət, qazanc yaxud puldur. Bu yuxu, adamın böyük xeyirlərə yiyələcəyinə, çox xeyirli qazanclara əldə edəcəyinə, cəmiyyət içində yaranacaq  xeyirlə yad ediləcək bir ada sahib olmağa, çətinliklərdən xilas olub, xüsusilə maddi mənada rahatlaşmağa, İşdə bəzi insanlara rəhbərlik etməyə yozulur.

Yuxuda Qoyun Eti Doğramaq

Yuxusunda qoyun etini doğrayan kəs bir səyahətə çıxır yaxud qürbətə gedir. Bu yuxu olduğunuz yeri tərk edib daha gözəl və qismətiniz artacağı bir yerə getməkdən xəbər verir. Bəzən də bu yuxu gedilən yerdə qalaraq, ailənizdən uzaqlaşmağı yaxud özünüzə uzaqda bir həyat qurmağınıza işarə olur.

Yuxuda Qoyunun İtidiyini Görmek

Yuxuda qoyunu itirmek iş cəhətdən çəkiləcək çətinliklərə yozulur. Bu yuxu iş həyatında bir sıra çətinliklər yaşamağa, bəzi məsələlərdə uğur əldə etməyə, zərər çəkib kədərlənməyə yaxud adamın etdiyi investisiyalardan gözlədiyi pulu alma bilməməsinə işarədir. Yuxusundada qoyun itirən, insanlar arasındakı etibarını, cəmiyyətin özünə olan hörmətini və sevgisini də itirir.

Yuxuda Qoyun Quyruğu Görmek

 Yuxusunda qoyun quyruğu görən şəxs, çox varlı, cəmiyyət arasında etibarlı və şərəf sahibi olan bir adamın qızı ilə evlənər. Bu yuxu bəzən də bəhs edilən kimi bir kəsdən kömək görməyə, belə bir adamın yanında işləməyə, ondan özünə gələcək mənfəətə və hər cəhətdən rahatlaşıb sıxıntıdan xilas olmağa işarədir.
Yuxuda Qoyun Görmek

Yuxuda Qoyun Südü İçmek

Yuxusunda qoyun südü içən adam qısa müddət ərzində xəstələnir yaxud xəstədirsə xəstəliyi artır. Bu yuxu insanın başına gələcək bir xəstəlik nəticəsində çətin günlər keçirməsinə, lakin bir müddət sonra bütün xəstəliklərindən xilas olaraq rahatlaşmasına işarədir.

Yuxuda Söz Eşidən Qoyun Görmek

Yuxusunda sözə baxan qoyun görən şəxs cəmiyyət içində gözəl bir adla yad edilir və hamının hörmətini qazanır. Bu yuxu insanın yaxşı xasiyyətli bir topluluğa rəhbərlik edəcəyinə, bəzən təqdir edilməyə və başqaları tərəfindən sevilməyə işarədir. Yuxusunda söz eşiden bir qoyunu güdmek, əxlaqlı insanınların ətrafında olmağa, bu kəslərə olmağa yozulur.

Yuxuda Qoyun Üzən Adam Görmək

Yuxusunda qoyun üzen bir adam görmek, real həyatda özündən aşağı vəzifəlilərə yaxud aşağı mövqedə olan şəxslərə zülm edən, onlara əziyyət verən pis bir rəhbərdir. Bu yuxu, bəhs edilən şəxsiyyətdə bir adamla işləməyinizə yaxud onun ucatından zərər görməyinizə işarədir.

Yuxuda Çoxlu Qoyun Görmek

Yuxusunda çoxlu qoyun görən adam hər cəhətdən bərəkətli, bolluq və rahat keçən bir ömür keçirir. Bu yuxu çox xeyirli və gözəl bir yuxudur. Əldə ediləcək xeyirlərə, bərəkətin artmasına, pul qazanmağa, sıxıntılardan xilas olmağa, əgər yuxu sahibinin çəkdiyi bir kədər və çətinlik varsa, qısa vaxt ərzində bunlardan xilas olmağa işarədir.
Yuxuda Qoyun Görmək

Şərhlər

BLOGGER: 4
Loading...
Ad

A B balaca usaq C Ciyer Ç D E Ə F G H İ J K L M N O oğlan Ö P Q R S Ş T U Ü V X Y yuxuda aglayan korpe yuxuda korpe gormek yuxuda korpe usaq gormek yuxuda körpə görmək Z
false
ltr
item
Yuxu Yozmalari: Yuxuda Qoyun Görmək
Yuxuda Qoyun Görmək
Yuxuda Qoyun Gormek nece yozulur, Qoyun Gormek menasi ne demekdir, Yuxuda Qoyun Gormek yozmasi əsasən xeyirli olur.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2xCcOQ1191C_gbpCq5AS-xc3vU5-cqHZ8bjSnPwRkZKcDMpXotz-a1AtFUaHLFanZ6hfSTy4lQN7CVEvu7mW7jX2qCcsZPOfN6cmDnfk_UQhXiCBaf_9i56vdRAUmRBwsXp4MERvOQB4/s320/Yuxuda+Qoyun+Gormek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2xCcOQ1191C_gbpCq5AS-xc3vU5-cqHZ8bjSnPwRkZKcDMpXotz-a1AtFUaHLFanZ6hfSTy4lQN7CVEvu7mW7jX2qCcsZPOfN6cmDnfk_UQhXiCBaf_9i56vdRAUmRBwsXp4MERvOQB4/s72-c/Yuxuda+Qoyun+Gormek.jpg
Yuxu Yozmalari
https://www.yuxuyozmalari.net/2016/08/yuxuda-qoyun-gormek.html
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/
https://www.yuxuyozmalari.net/2016/08/yuxuda-qoyun-gormek.html
true
1053438611087770907
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy